SON XƏBƏRLƏR

Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başlayıb

2021.10.20, 07:36
Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başlayıb

Gunaz.tv

GünAzTv: Mədəniyyət Günlərini rəsmi açılış mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub.

 

Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin açılış mərasimində çıxış edən Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva  və Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva hər iki xalq arasındakı tarixi-mənəvi bağların möhkəmliyindən söhbət açdılar.  Qeyd olundu ki, ötən ilin noyabrında Türkmənistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. Mədəniyyət Günləri  ortaq mədəni dəyərlərə, dilə və dinə malik xalqların daha da yaxınlaşmasına fürsət yaradır.  

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, 60 nəfərlik nümayəndə heyətinin tərkibinə Türkmənistanın tanınmış mədəniyyət xadimləri, incəsənət ustaları daxildir.  Mədəniyyət Günləri “Dokmaçılar” rəqs qrupu, tanınmış türkmən müğənnilərinin iştirakı ilə təntənəli konsert proqramı ilə açıldı. Onu da qeyd edək ki, layihə çərçivəsində qonaqlar müxtəlif mədəniyyət ocaqlarında silsilə tədbirlər reallaşdıracaqlar. Mədəniyyət Günləri müddətində Türkmən rəssamlarının əsərlərindən ibarət sərgi,  filmlər nümayiş etdiriləcək. Həminin Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Mollanepes” adlı mono tamaşa göstəriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar