SON XƏBƏRLƏR

“El Gücü - Sel Gücü”

2021.10.20, 07:36
“El Gücü - Sel Gücü”

Gunaz.tv

GünAzTv: Dünən (Noyabr ayının 4-ü , Abanın 13-ü) milli komandamız "Traxtur"la "Peykan" taxımları arasında keçirilən futbol yarışında bir daha millətimizin Atalar sözü olan "El gücü – Sel gücü" məntiqi özünü doğruldub.

 

Təbrizin səhəd stadyomunda (stadion) 40000 nəfər tamaşaçının gözü qarşısında keçirilən müsabiqədə bir daha elimizin rejiminin fitnəsindən daha güclü olduğunun şahidi olduq. Müsabiqə zamanı bir qrup Bəsici (Hökümət tərəfdarları, yarımsılahlı dəstələr) və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əlaltıları stadyomda "Traxtur" tərəfdarlarının milli məzmunlu şüarlarına müxtəlif vasitələrlə maneçilik yaratmaq       istəyiblər. Ancaq tərəfdarlar "Bəsici rədd ol", "Bizə manqurd lazim deyil” kimi şüarlarla onların planını pozmağa qadir olublar.

 

Stadyomda yarış zamanı ETTELAATın göstərişi ilə fars dilində səsgücləndirənlər vasitəsi ilə musiqi yayılıb. Təşkilatçılar bu vasitə ilə milli məzmunlu və demokratik şüarların eşidilməməsinə çalışıblar. Ancaq onların bu planıda baş tutmayıb.

 

Soydaşlarımız Fars musiqisinə “Türtk dilində mədrəsə - olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – istəməyən kor olsun”, “Türklərin iftixarı – Traxtur Traxtur” kimi şüarlarla cavab verib və təşkilatçıların bu planınıda zərərsizləşdirə biliblər.

 

Qeyd edək ki, “Traxtur”un bu müsabiqəsi Zəngan şəhərinə həsr olunmuşdu. Müsabiqə boyu dəfələrcə Zənganın mədhində şüarlar səsləndirilib.

 

Xatırladaq ki, yarış (2 – 0) nəticəsi ilə "Traxtur"un xeyirinə başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar