SON XƏBƏRLƏR

Tiflis və Tehran vizasız rejim barədə saziş imzalayıblar

2021.10.20, 07:36
Tiflis və Tehran vizasız rejim barədə saziş imzalayıblar

Gunaz.tv

GünAzTv: Gürcüstan və İran XİN rəhbərləri Qriqol Vaşadze və Mənuçehr Mottəki iki ölkə vətəndaşları üçün vizasız rejim tətbiq olunması barədə saziş imzalayıblar.

 

«Vizasız rejimin tətbiqi iki ölkə vətəndaşlarına maneəsiz hərəkət etməyə imkan verəcək. Bu addım turistlərin artmasına və 2 ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə səbəb olacaq», deyə sazişin imzalanmasından sonra keçirilən mətbuat konfransında Mənuçehr Mottəki bildirib.

 

Saziş ratifikasiya edildikdən dərhal sonra qüvvəyə minəcək. Sazişə görə 45 günədək müddətə digər ölkəyə səfər edən şəxslərə viza lazım olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar