SON XƏBƏRLƏR

Amerika İran hökumətini Səkinə Aştiyanini edam etməməyə çağırıb

2021.10.20, 07:36
Amerika İran hökumətini Səkinə Aştiyanini edam etməməyə çağırıb

Gunaz.tv

GünAzTv: Ağ Ev İran hökumətini Səkinə Məhəmmədi Aştiyanini zina təqsiri ilə edam etmək niyyətini pisləyib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yayılan bəyanatda deyilir ki, Barak Obama İran hökumətini Aştianiyə ədalətli məhkəmə təmin etməyə çağırıb. Üç uşaq anası olan Aştiani barədə çıxarılan daşqalaq hökmü beynəlxalq ictimaiyyət tərəfindən etiraza səbəb olub. Sonra ölüm hökmünün icrası dayandırılıb. Çərşənbə axşamı, bir neçə insan hüquqları təşkilatları bildiriblər ki, bu gün Aştiyani edam oluna bilər. İran hökuməti bu xəbərləri şərh etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar