Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
İranda Hörmüz boğazının açılması ilə bağlı parlament mübahisəsi Maskat danışıqlarını çətinləşdirə bilər
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
İranın Hörmüz boğazında gəmiçiliyi pozmaq imkanları azalır
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Misir Məkkə paktına qoşulmaq imkanını nəzərdən keçirir
Sərəskənddə yol-nəqliyyat hadisəsi- Ölənlər var
Hakan Fidan: Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir
Hörmüz boğazında ADNOC-un iki gəmisi hücuma məruz qalıb
İran XİN: ABŞ-la vasitəçilər üzərindən danışıqlar davam edir
İranda silahlı insident - Dörd nəfər öldürüldü
İranda daha bir məhbus öldürülüb
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək
Rusiya neft tankeri Oman sahillərini təhdid edir
SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna dron hücumu edib
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edib
İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
İranda hicaba görə daha iki iaşə obyekti bağlandı
Güneyli yeniyetmə Asiya çempionu oldu
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi çərçivəsində hərbi mexanizmlər yaradacaq
SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath
"Traktor" oyunlarını Omanda keçirəcək
Kəleybərdə qızıl filizinə görə 15 nəfər həbs edildi
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İranlı deputat: Hörmüz boğazı nüvə bombasından daha dəyərlidir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
X husilərin hərbi sözçüsü Yəhya Səriinin hesabını məhdudlaşdırıb
Məşhəddə güclü yanğın olub
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən bəri 59 gəminin istiqamətini dəyişib
KİV: İran və ABŞ arasında danışıqlarda irəliləyiş əldə edilməyib
İranda polis mülki şəxsi güllələdi
GünAzTv: Qadağan olunmuş yüklər müxtəlif adlarla Ermənistan vasitəsilə Tehrandakı "Ararat" şirkətinin bazasına daşınır.
Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regional təcrid vəziyyətinə düşən Ermənistanın durumunun ürəkaçan olmadığı heç kimə sirr deyil. Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması, Gürcüstanla sərhəd-keçid məntəqələrində tez-tez problemlər yaşaması fonunda Ermənistanın ayaqda qala bilməsinin əsas səbəbkarlarından biri cənub qonşumuz İrandır. GünAzTv mətbuat mərkəzinin “Baki Xəbər”-ə istinadən yaydığı məlumata görə, Hazırda İranla Ermənistan arasında ticarət, sənaye və mədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, rabitə sferasında olduqca sıx əməkdaşlıq mövcuddur. Ekspertlər hesab edir ki, Azərbaycanla eyni dini paylaşan, daim İslam həmrəyliyindən dəm vuran İranın Ermənistanla belə yüksək səviyyədə əlaqələri olmasaydı, işğalçı ölkəyə qarşı tətbiq edilən iqtisadi təzyiqlər hesabına Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxın olardı. Hələlik isə İran Ermənistan üçün yeni iqtisadi imkanlar yaratmaqla məşğuldur. Məsələn, məlumdur ki, İran cari ilin sonuna kimi Ermənistana neft boru kəmərinin inşasına başlamağı düşünür. Bunu Ermənistanın energetika və təbii ehtiyatlar naziri Ara Simoyan da təsdiq edib. Onun sözlərinə görə, layihə ikitərəfli anlaşma əsasında reallaşacaq: "Bu layihənin ümumi dəyəri bir neçə milyard dollardır. Lakin iqtisadi böhrana görə bu təxirə salınmışdı". Qeyd edək ki, Təbrizdən Araqçaya qədər olan və ümumi uzunluğu 365 km təşkil edən neft boru kəmərinin Ermənistan ərazisində uzunluğu 265, İran ərazisində isə 110 km-dir. Ara Simoyan arzularını deməyi də unutmayıb: "Neft emalı zavodu tikildikdən sonra Ermənistandan da neft ixrac etmək olar". Bundan başqa, Rusiya ilə yanaşı, məhz İran Ermənistana təbii qaz ixrac edir. Hazırda İranın Ermənistana qaz ixracının həcmi gündə 2 milyon kubmetr təşkil edir. Xatırladaq ki, 2004-cü ildə iki ölkə arasında imzalanan 20 illik müqaviləyə əsasən, qaz ixracının həcmi 2011-ci ildə gündə 4 milyon kubmetrə, sonrakı illərdə isə 6,3 milyon kubmetrə çatdırılacaq. Bundan başqa, İran-Ermənistan dəmir yolu layihəsinin tikintisi üçün də işlər görülür. Artıq Tehran İran ərazisində tikiləcək 60 km uzunluğunda xəttinin texniki-iqtisadi işlərini yekunlaşdırıb. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar. Layihəyə görə, 470 km-lik İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Bundan əvvəl isə İran, hətta Ermənistanda neftayırma zavodu tikməyə hazır olduğunu da bildirib. Bunun ardınca indi də İran mallarını Ermənistan vasitəsilə ixrac etmək istiqamətində konkret addımlar atır. O da məlumdur ki, son dövrlər İranın Azərbaycanla iqtisadi və hərbi sferada əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışması aydın müşahidə olunur. Təbii ki, bunun önəmli səbəblərindən biri də cənub qonşumuzun üzləşdiyi beynəlxalq sanksiyalar məngənəsində getdikcə daha çox sıxılmasıdır. Lakin Azərbaycanla əlaqələrini genişləndirmək istəyən İran işğalçı ölkə olan Ermənistanın da, göründüyü kimi, əsas xilaskarına çevrilməkdə davam edir. Bu isə, faktiki olaraq, İran-Azərbaycan əlaqələrinin inkişafını zərbə altında qoyur. Hazırda Ermənistan İran üçün beynəlxalq sanksiyaların təsirindən yayınmaq yollarının axtarışında "etibarlı" tərəfdaş rolu oynamaqdadır. Belə ki, Ermənistan tərəfi İranın hərbi sənaye kompleksinin inkişafı üçün tələb olunan bəzi materialları müxtəlif ad altında (kitab, müxtəlif mədəniyyət nümunələri və s.) İranın Tehran şəhərindəki ermənilərə məxsus və qapalı fəaliyyət göstərən "Ararat" idman cəmiyyətinə gətirir, İranın müvafiq orqanları isə sonradan həmin avadanlıqları lazımi ünvanlara çatdırır. Qeyd etmək lazımdır ki, Tehran şəhəri, Məntəqə 3, Vənək meydanı, Vənək prospekti ünvanında yerləşən həmin cəmiyyətə yalnız milliyətcə erməni olan şəxslərin və Ermənistan vətəndaşlarının girişi mümkündür. İranın Təbriz, Şiraz və İsfahan şəhərlərində də ermənilərin buna bənzər qapalı cəmiyyətləri var ki, İran tərəfinin eyni məqsədlə sözügedən klubların da imkanlarından istifadə etməsi barədə bilgilər daxil olmaqdadır. "525-ci qəzet"in bildirdiyinə görə, Ermənistandan İrana pərdələnmiş şəkildə hərbi xarakterli yüklərin daşınması da alınan məlumatlar sırasındadır. Belə olmasaydı, Ermənistandan gələn yük maşınları Təbriz şəhərinin Baş Gömrük İdarəsinin yeraltı anbarlarında gizli şəkildə boşaldılmazdı (hətta yüklərin avtomaşınlardan sürücülərin iştirakı olmadan boşaldıldığı və yükləndiyi bildirilir). Həmin yük maşınları "Nurduz-Mehri" körpüsündən keçərkən xüsusi yoxlamaya məruz qalmır və İİR tərəfi sözügedən maşın karvanının keçəcəyi yerlərdə hərəkəti maksimum dərəcədə məhdudlaşdırır. O da məlumdur ki, son zamanlar hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə sözügedən ölkələr arasında 15-dən çox qarşılıqlı rəsmi səfər olub. Həmin səfərlər çərçivəsində döyüş silahı və hərbi sursatların istehsalı üçün birgə müəssisənin yaradılması ilə bağlı müvafiq razılıq da əldə edilib. Qeyd olunur ki, İran Ermənistanla əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ və Azərbaycanın işğal altında qalmış digər ərazilərində də müxtəlif sahələrdə fəaliyyət göstərməkdədir: "İranın mobil operatorlarından olan Kiş Telekommunikasiya Şirkəti, beynəlxalq hüquq normalarına zidd olaraq, Dağlıq Qarabağda fəaliyyət göstərən "Karabagh Telecom"la rouminq xidmətinin açılması barədə müqavilə imzalayıb. 2009-cu ilin noyabr ayının 4-də isə "İran-Ermənistan Dostluq Cəmiyyəti"nin təşkilatçılığı ilə bir qrup iranlı iş adamı Dağlıq Qarabağa getdib və AR-ın işğal olunmuş ərazilərinə sərmayə qoymaq (inşaat, heyvandarlıq və s. bu kimi sahələrə) məqsədilə müzakirələr aparıb. Sadalananlardan əlavə, müxtəlif İran şirkətləri Dağlıq Qarabağ və AR-ın işğal altında qalan digər ərazilərindəki yaşayış məntəqələrində infrastrukturun bərpa edilməsində, xüsusən də yol çəkilişlərində yaxından iştirak edir. Əvəzində isə İran tərəfi nəzarətsiz qalan həmin ərazilərdən istifadə etməklə ER vasitəsilə beynəlxalq sanksiyalarla qadağan edilmiş avadanlıqları idxal edir. Qeyd etmək lazımdır ki, AR-ın Kəlbəcər rayonundakı Zod qızıl yataqlarından işlənməsi üçün filizin, habelə respublikamızın işğal olunmuş ərazilərindən tikinti materiallarının "Nurduz-Mehri" körpüsü və nəzarətsiz ərazilər vasitəsilə ötürülməsi kanalından yararlanmaqla Ermənistandan İrana ikili təyinatlı materiallar göndərilməsi praktikası indiyədək davam etməkdədir. Qeyd etmək lazımdır ki, bu zəmində fəaliyyət göstərən "Şəhid Dəstiğeyb" şirkəti əsasən Ermənistana ərzaq məhsullarının ixracı ilə məşğuldur. Əvəzində isə ER-dən bu şirkət vasitəsilə Kəlbəcərin qızıl yataqlarından İİR-ə xammal, eyni zamanda ikili təyinatlı materiallar gətirilir və Kerman şəhərinə aparılaraq orada emal olunur. Bundan əlavə, Ermənistana neft məhsullarının ixracı ilə məşğul olan "Susəngerd" şirkəti ER-dən bəzi neft avadanlıqları adı altında təyinatı bəlli olmayan materialları İİR-ə idxal etməkdədir". Bildirilir ki, bu konteksdə Culfa Azad Ticarət Zonası və Culfa bazarının rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, son zamanlar həmin bölgəyə xeyli sayda erməni şirkəti gəlir ki, İran hökuməti də sanksiyalardan yayınaraq istədiyi malı bu bazar vasitəsilə əldə edə bilir. Yəni bu kanalla Ermənistandan müxtəlif adlar altında İİR-ə ikili təyinatlı məhsullar gətirilir. Qeyd olunan bazar İİR-in beynəlxalq aləmdən təcrid olunmamasının qarşısının alınması baxımından da sözügedən ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Ekspertlərə görə isə, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Ermənistanla hərtərəfli münasibətlərini genişləndirməsi onun ikitərəfli siyasət aparması faktını ortaya qoyur. Bütün bunlar onu göstərir ki, qonşu ölkəmiz olan İran regionda ikili siyasət aparır. Bu heç də xoş qarşılanmayacaq bir hərəkətdir. Qeyd olunur ki, Azərbaycanın bu məsələ ilə əlaqədar İrana münasibət bildirməyə kifayət qədər haqqı var. Bu haqqı İranla aparılan danışıqlar və bağlanan bir çox sazişlərlərlə də əlaqələndirmək olar.
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
İranda oğurlanan hökumət məddahı öldürülüb
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi
Türkiyə: Məkkə sazişi İrana qarşı deyil
Güneyli fəalın meyiti tapıldı
Xamenei mart ayında ölüb - Lisak