SON XƏBƏRLƏR

Təbiətsevər azərbaycanlılar üçün Yığıncaq BİLDİRİsi

2021.10.20, 07:36
Təbiətsevər azərbaycanlılar üçün Yığıncaq BİLDİRİsi

Gunaz.tv

GünAzTv: Bir qrup Təbiətsevər Urmulu soydaşımız Bildiriş yayaraq Azərbaycanlıları Urmu Gölünü qurumaqdan nicat vermək məqsədi ilə Yığıncağa dəvət ediblər.

 

BİLDİRİŞdə ətraf mühitin təxribatının Quran-i Kərimdə qınandığını qeyd edən Təbiət sevər Azərbaycanlılar Urmu Gölünün quruyacağı təqdirdə Azərbaycanın hansı faciələrlə zü-üzə qalacağını vurqulayıblar. Gölün artıq 60 faizinin qurumasını ciddi həyəcan təbli olduğunu qeyd edən soydaşlarımız İran Dövlətinin bu faciəyə laqeyd qalmasını və nəzərdə tutulan tədbirlərin yetərli olmamasını bildiriblər.

 

BİLDİRİŞə əsasən millətimizin, dövlətin və dünya ictimaiyyətinin Gölün quruması faciəsinə diqqətini çəkmək üçün yeni bir Urmu Gölü Yığıncağına ehtiyac olduğu bildirilir və hamıdan bu Yığıncağa qatılmaları istənilir.

 

Məkan: Qərbi Azərbaycanın Ətraf Mühit Qoruma İdarəsinin qarşısı

Zaman: 2010-cu il noyabr ayının 11-i (1389-cu il Aban ayının 20-i)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar