SON XƏBƏRLƏR

Ermənilər Ağdamın tarixi adını dəyişdirdilər

2021.10.20, 07:36
Ermənilər Ağdamın tarixi adını dəyişdirdilər

Gunaz.tv

GünAzTv: Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. Akna vaxtilə Əsgəran rayonunda məhəllələrdən birinin adı olub.

Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi yoxdur.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilib. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan Ağdam ölkənin ən iri aqrar rayonlarından sayılıb.

Erməni mənbələri Ağdamın adının dəyişdirilməsi ilə bağlı məlumatı gecə saatlarında yaydığından məsələyə Azərbaycan tərəfinin mövqeyini öyrənmək mümkün olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar