SON XƏBƏRLƏR

Türkiyənin Naxçıvanda hərbi bazası yaradıla bilər

2021.10.20, 07:36
Türkiyənin Naxçıvanda hərbi bazası yaradıla bilər

Gunaz.tv

GünAzTv: Qardaş ölkənin müdafiə naziri Vəcdi Könülün Bakı səfərində bu məsələ də müzakirə olunacaq; iki dövlətin çox önəmli hərbi əməkdaşlığa başlayacağı istisna deyil.

Türkiyənin müdafiə naziri Vecdi Könül noyabrın 2-4-də Azərbaycanda səfərdə olacaq. Bu barədə “Turan”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərin təfərrüatları açıqlanmır.

Səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Könül Azərbaycanın hərbi və siyasi rəhbərliyi ilə görüşəcək. Türkiyə uzun illərdir ki, Azərbaycann əsas hərbi tərəfdaşıdır. İki ölkə arasında çoxsaylı sazişlər və müqavilələr imzalanıb. Son vaxtlar qeyri-rəsmi mənbələr Naxçıvanda Türkiyə  hərbi bazasının yaradılacağının mümkünlüyünü bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar