İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
GünAzTv: Ermənistanın indiyə qədər sözügedən prinsiplərə qəti münasibət bildirməməsi problem olaraq qalır.
Rusiyanın Həştərxan şəhərində Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serc Sarkisyan ötən həftə növbəti dəfə bir araya gəldilər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaranmış son durumu müzakirə etdilər. Azərbaycan prezidentinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşün də əsasını bu məqam təşkil edirdi. Çünki yaxın günlərdə vasitəçilərin regiona səfəri gözlənilir. Onlar beynəlxalq faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərdə apardığı tədqiqatla bağlı daxili hesabatı təqdim edəcəklər. Bu baxımdan dövlət başçılarının Həştərxan görüşünün bəzi məsələlərə aydınlıq gətirəcəyi və ATƏT-in Astana sammitinə qədər Qarabağa dair danışıqlarda əsas prinsiplərin müəyyənləşəcəyi gözlənilirdi.
Şübhəsiz, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladağı birgə Bəyannamə sözügedən proseslərdə əhəmiyyətli rol oynayacaq. 2008-ci il noyabrın 2-də Moskvada imzalanmış birgə bəyannamənin müddəalarını təsdiqləyən prezidentlər vurğuladılar ki, münaqişənin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi atəşkəs reciminin və hərbi sahədə etimad tədbirlərinin möhkəmlənməsi üçün səylərin davam etdirilməsini tələb edir. Bu məqsədlə Azərbaycan və Ermənistan prezidentləri birinci addım kimi həmsədrlər və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin dərhal dəyişdirilməsi, habelə həlak olanların meyitlərinin qaytarılması, eləcə də bu cür məsələlərin müstəsna humanitar xarakterini nəzərə alaraq gələcəkdə bu yanaşmaları rəhbər tutmaq barədə razılığa gəliblər. Görüşdən sonra curnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, bu, onun iştirakı ilə keçirilən sayca yeddinci görüşdür: “Görüşdə tərəflər humanitar xarakter daşıyan birgə bəyanat razılaşdırıblar. Bu, münaqişənin həllində fikir ayrılıqlarının olduğu bir vaxtda çox mühüm məsələdir. Xüsusi olaraq söhbət, əsir hərbçilərin və həlak olanların cəsədlərinin qeyd-şərtsiz qaytarılması üçün etimad tədbirlərinin möhkəmləndirilməsinə yönələn xüsusi bəyannamədən gedir”.
Ekspertlərin fikrincə, bu qərar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı mövcud olan müxtəlif çətinliklərin aradan qaldırılması baxımından çox vacibdir. Məsələ ondadır ki, tərəflər arasında 1994-cü ildən bəri atəşkəs recimi mövcuddur. Birbaşa hərbi əməliyyatların getməməsi indiyə qədər razılaşdırılmayan məsələlər ətrafında müzakirələrin aparılmasını mümkün edir. Bu baxımdan 2009-cu ildə keçirilən ATƏT xarici işlər nazirlərinin Afina toplantısında irəli sürülən yenilənmiş Madrid prinsiplərinin aktuallığı artır. Həmin sənəd işğal olunmuş torpaqların azad edilməsini, kommunikasiyaların açılmasını, qaçqınların öz yerlərinə qayıtmasını, Dağlıq Qarabağda yaşayan insanların təhlükəsizliyinin beynəlxalq sülhməramlı qüvvələr hesabına təmin edilməsini nəzərdə tutur. Lakin problem Ermənistanın indiyə qədər sözügedən prinsiplərə qəti münasibətini bildirməməsindədir.
Həştərxan görüşündə Rusiya prezidenti onu da diqqətə çatdırdı ki, tərəflər sülh razılaşması və münaqişənin ümumi həllini də müzakirə ediblər. Qeyd edək ki, bu, üçlü formatda cari ildə keçirilən sayca 3-cü görüşdür. Dmitri Medvedev nizamlanma prosesində xeyli irəliləyiş olduğunu desə də, gələcək sülh razılaşmasının əsasını təşkil edən ümumi prinsiplər üzrə məsələlərin hələ ki, açıq qaldığını bildirdi. Onun sözlərinə görə, Rusiya münaqişənin həlli ilə bağlı bundan sonra da səylərini davam etdirəcək: “Biz müəyyən işlər görmüşük. Əgər tərəflər səy göstərsələr, dekabrın 1-2-də ATƏT-in Qazaxıstanda keçiriləcək sammitində ümumi tənzimləmə prinsiplərinin razılaşdırılmış variantına gələ bilərik. Bununla bağlı Xarici İşlər nazirlərinə tapşırıq veriləcəyik. Razılaşdırılmamış məsələlər çox olsa da, tərəflərdə bu məsələlərin həlli ilə bağlı səy var”.
Rəsmi Bakı Şimal dövlətinin vasitəçiliyi ilə keçirilən görüşləri faydalı hesab edir. Medvedevin təşəbbüsü ilə Soçi, Sankt-Peterburq və Həştərxanda təşkil olunan danışıqlar İrəvanın Qarabağ probleminin həllinə olan münasibətində hansı dəyişikliklərin baş verdiyini vasitəçilərə də nümayiş etdirdi. Bu səbəbdən qarşı tərəfə diplomatik təzyiqlərin artdığını söyləmək olar. Ancaq ermənilər hələ ki, mövqelərindən ger çəkilmir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun fikrincə, məhz Rusiyanın təşəbbüskarlığını davam etdirməsi müsbət nəticələrin əldə ediləcəyinə ümidlər yaradır.
Həştərxan görüşünün nəticələri nəinki Azərbaycanda, həmçinin beynəlxalq səviyyədə də geniş müzakirə olunur. Rusiyalı ekspertlərin fikrincə, tərəflərin son yarım il ərzində heç bir bənd üzrə razılığa gələ bilmədiyini nəzərə alsaq, humanitar xarakterli indiki sənədi irəliyə doğru əhəmiyyətli addım hesab etmək olar. İmzalanmış saziş pozitiv rezonans yarada, danışıqlar prosesinin gedişi ətrafındakı informasiya məkanını dəyişə bilər. Ciddi əhəmiyyətli qərar qəbul olunmasa da, belə razılıq durğunluqdan daha üstündür. Kremldə isə düşünürlər ki, Həştərxan görüşü Moskvanın Ermənistan və Azərbaycanı uzaq mövqelərdən tərpətmək arzusu ilə bağlıdır. Rusiya prezidenti ona heç bir divident gətirməyən bu işə şüurlu şəkildə gedir. Bu iş bundan sonra da davam etdiriləcək. Kreml təmsilçiləri etiraf ediblər ki, hər görüşdən hansısa böyük nəticələr gözləmək qeyri-realdır, lakin burada əsas məsələ Qafqazda sabitliyin yaradılması və yaxın qonşular olan Ermənistanla Azərbaycanın münasibətlərinin normal sistemə qaytarılmasıdır. Üçlü görüşə okeanın o tayından da reaksiya verildi. Minsk qrupunun həmsədr ölkələrindən olan Birləşmiş Ştatlar Rusiya prezidentinin Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir. Rəsmi Vaşinqton hesab edir ki, Həştərxanda qəbul edilən birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə davam edən danışıqlar prosesi çərçivəsində hadisələrin müsbət inkişafını özündə əks etdirir. Ağ ev əldə olunmuş razılaşmaların tezliklə yerinə yetiriləcəyinə ümid bəsləyir.
Rəsmi Bakı da son görüşdən müəyyən nəticələr gözləyir. Ən azından Ermənistan problemin onların irəli sürdüyü iddialar əsasında həll olunmayacağını anlamalıdır. Prezident İlham Əliyev Ukraynanın “Den” qəzetinə müsahibəsində bəyan edib ki, Ermənistanda indiki status-kvonun onların maraqlarına uyğun olduğuna dair yanlış təsəvvür var. Qarşı tərəf hər yolla nizamlama prosesini ləngitməyə çalışır. Artıq razılaşdırılmış məsələlər Ermənistan tərəfindən müzakirə mövzusu kimi irəli sürülür. Bu da sülh danışıqlarını sonsuz prosesə çevirməyə xidmət edir. Prezident bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, işğalçı qüvvələr işğal olunmuş ərazilərdən-təkcə Dağlıq Qarabağdan yox, həm də onun ətrafındakı yeddi rayondan çıxarılmalıdır.
Ermənistan isə xalqların öz müqəddaratını təyin etmə prinsipi üzərində iddia edir. Edvard Nalbandyanın Mayndorf sazişinin müəddalarının Həştərxan görüşündə də təsdiqini önə çəkməsi İrəvanın Dağlıq Qarabağa müstəqillik iddiasından geri çəkilmədiyindən xəbər verir. Lakin rəsmi Bakı hesab edir ki, indiki dövrdə cəzasız heç bir dövlətin ərazisini işğal etmək və bu işğalı legitimləşdirmək mümkün deyil. Azərbaycan danışıqlar prosesindən imtina etməsə də, problemin hərbi yolla həlli hüququnu özündə saxlayır. Ölkənin hərbi büdcəsinin ildən-ilə artırılması isə bu missiyanın uğurla həyata keçəcəyinə təminat verir.
“1-ci kanal”ın Analitik Qrupu
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var