SON XƏBƏRLƏR

Türkiyənin "Qırmızı Kitab"ı dəyişdi

2021.10.20, 07:36
Türkiyənin "Qırmızı Kitab"ı dəyişdi

Gunaz.tv

GünAzTv: Ermənistan artıq potensial təhlükə mənbəyi deyil, ancaq İsrail son 60 ildən bəri ilk dəfə təhlükələr sırasına daxil edildi.

Türkiyənin Milli Təhlükəsizlik Şurası ölkə üçün potensial daxili və xarici təhlükə mənbələrinin göstərildiyi, dövlətin strateji siyasət və təhlükəsizlik xəttinin müəyyən olunduğu sənədə dəyişikliklər edib. GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, “Qırmızı kitab” kimi tanınan bu sənəddən “dini irtica” daxili təhlükə mənbələrindən biri olmaqdan çıxıb və onun yerinə “radikal dini qruplaşmalar” ifadəsi daxil edilib.

Həmçinin Suriya, Bolqarıstan, Ermənistan və İran kimi ölkələr Türkiyə üçün potensial xarici təhlükələr siyahısından çıxarılıb. Bunun əvəzində son vaxtlara kimi Türkiyənin ən yaxın müttəfiqlərindən olan İsrail xarici təhlükə mənbəyi kimi yer alıb. İsrailin təhlükə mənbəyi kimi göstərilməsi bu ölkənin Yaxın Şərqdə yeritdiyi siyasətlə izah edilir. Bildirilir ki, İsrail regionda qeyri-stabilliyin əsas mənbəyidir və bu ölkənin siyasəti silahlanma yarışına səbəb olur. Türkiyə sonuncu dəfə İsraili təhlükə mənbəyi kimi 1949-cu ildə görürdü.  Keçmiş sovet respublikalarından ancaq Rusiya Türkiyə üçün potensial təhlükə mənbəyi kimi qalıb. “Qırmızı kitab”ın yeni forması Türkiyənin yaxın 5 il üçün xarici və daxili siyasətinin əsas prioritetlərini müəyyən edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar