SON XƏBƏRLƏR

Təbrizdə İstanbul, İstanbulda isə Təbriz adlı xiyaban olacaq

2021.10.20, 07:36
Təbrizdə İstanbul, İstanbulda isə Təbriz adlı xiyaban olacaq

Gunaz.tv

GünAzTv: Təbriz-İstanbul bacılığı anlaşmasına əsasən, Təbriz xiyabanlarının biri İstanbul, İstanbul xiyabanlarının biri isə Təbriz adlanacaq.

 

Təbriz Bələdiyyə (Şəhrdari) rəsmisi xəbər agentlikləri ilə danışıqda bildirib ki, İmzalanmış Təbriz-İstanbul bacılığı anlaşmasının bəndlərinə əsasən bu iki şəhərdə qarşılıqli olaraq Təbriz və İstanbul adlı xiyabanlar olacaq. Həmçinin turizm və bilgi mübadiləsi sahəsində də əməkdaşlıq ediləcək.

 

Qeyd edək ki, Təbriz-İstanbul bacılığı planı 4 il bundan öncə hazırlanıb. Ancaq naməlum səbəbdən günümüzə qədər gecikib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar