SON XƏBƏRLƏR

Azərbaycanlılar Urmu Gölü ilə bağlı xəbərdarlıq ediblər

2021.10.20, 07:36
Azərbaycanlılar Urmu Gölü ilə bağlı xəbərdarlıq ediblər

Gunaz.tv

GünAzTv: Bir qrup Azərbaycanlı əhali, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Qərbi Azərbaycandakı Ətraf Mühit bölməsinə  müraciət edərək Urmu Gölünü qurumaqdan nicat verilməsini istəyiblər.

 

Soydaşlarımız məktubda Urmu Gölünün quruyacağı təqdirdə yarana biləcək faciələrə işarə ediblər. Onların sözlərinə görə, Gölün suyu sürətlə azalır və hazırda bununla əlaqədar Gölün sahilləri duzlağa çevrilməkdədir. Bu həm Artimanın azalmasına səbəb olur həmdəki ətraf ərazilərə duz dağılır. Gölün quruyacağı təqdirdə duz külək vasitəsi ilə bütün Azərbaycanı və hətta digər qonşu bölgələri bürüyəcək. Buda insanların yaşayişi və əkinçilik baxımından faciə ilə nəticələnəcək.

 

Məktubda Urmu Gölünün qurumasının faciəvi nəticələri xatırlanaraq, adını çəkdiyimiz idarədən Gölün qurumasının qarşısının alınması tələb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar