SON XƏBƏRLƏR

Erməni nazir Təbrizə gelməyə hazırlaşır

2021.10.20, 07:36
Erməni nazir Təbrizə gelməyə hazırlaşır

Gunaz.tv

GünAzTv: Ermənistan rəsmiləri İranı su yoluna döndərib. Erməni baş nazirinin ardınca, Ermənistan polis idarələrinin rəisi, polis general-leytenantı Alik Sarksiyan Tehrana ikigünlük səfər edib.

GünAzTV-nin «regnum»-a istinadən məlumatına görə, bu ziyarət İranın nizam-intizam qüvvələrinin komandanı briqada generalı  Əhmədi – Müqəddəmin dəvəti əsasında gerçəkləşdirilib.

Erməni rəsmisi nizam-intizam qüvvələrinin komandanı, narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə mərkəzinin rəhbəri Hüseynabadi və İrandakı erməni icması ilə görüşüb.

Xatırladaq ki, Yerevan İranda yaşayan ermənilərlə də sıx əlaqə saxlamaqdadır. Ermənistanın diaspor naziri Akopyan bildirib ki, erməni icması ilə daha sıx təmas saxlamaq niyətindədirlər və bu məqsədlə İslam respbulikasına səfər etməyə hazırlaşır.

Səfər öncəsi «Alik» («Dalğa») adlı erməni dilli qəzetə müsahibəsində nazir deyib : «Mən hesab edirəm ki, İrandakı diasporla birgə fəaliyyətimiz çox vacibdir».

Onun sözlərinə görə, bu səfər Erməistanın İrandakı səfiri tərəfindən razılaşdırılmalıdır. «Səfər zamanı mən yalnız Tehranda deyil, təbriz və İsfahandakı erməni icması ilə də görüşlər keçirəcəyəm». Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar