Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
GünAzTv: İranla dini, tarixi, milli adət-ənənələri ilə eyni kökə malik qonşu müsəlman dövlət olan Azərbaycanın Ermənistanın işğalına məruz qalması rəsmi Tehranı maraqlandırmır.Bu vaxtadək hadisələrin məhz bu istiqamətdə cərəyan etməsi bunu deməyə əsas verir. İran qonşu müsəlman Azərbaycana dayaq durmaqdansa, Ermənistanla əlaqələrini möhkəmləndirir və hətta Dağlıq Qarabağ problemində rəsmi İrəvanın maraqlarını müdafiə edir. Beynəlxalq sanksiyalara məruz qalan İranın Rusiyanın təkidi ilə Ermənistanla münasibətlərini möhkəmləndirməsini başa düşmək o qədər də çətin deyil.Ermənistan prezidenti yanında Siyasi Tədqiqatlar İnstitutunun eksperti Serqey Şakaryans bildirib ki, İranın timsalında Ermənistanın etibarlı və sədaqətli müttəfiqi var.Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə İranla ticarətin dövriyyəsi bu ilin ilk altı ayında 97.6 milyon dollar olub. Bu da Ermənistanın ümumi xarici ticarətinin 4.5 faizidir. İlin altı ayında Ermənistanın ABŞ-la ticarətinin həcmi bundan çox cüzi şəkildə artıq olub.Ötən gün İranda səfərdə olan Ermənistanın baş naziri Tiqran Sərkisyanla görüşən İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib ki, iki ölkənin dəmir yollarının bir-birinə calanmasının İranla Ermənistan arasında münasibətlərin genişlənməsinə yardım edəcək. Ümumiyyətlə, son 2 ayda Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri intensivləşib. İki həftə əvvəl İranın energetika naziri Məcid Namcu İrəvana səfər etdi. Səfər çərçivəsində Ermənistanda bir sıra enerji obyektlərinin təməli qoyuldu. İran Ermənistanın enerji sektoruna 680 milyon dollar sərmayə yatırmaq niyyətində olduğunu açıqladı. Mehri Su Elektrik Stansiyasının tikintisi də İranın vəsaiti hesabına başa gələcək. Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Mövsiyan deyib ki, tikintini İranın "Farat-Sepasat" şirkəti aparacaq. Nazirin dediyinə görə stansiya 323 milyon dollara, beş ilı müddətinə tikiləcək. 15 il ərzində Ermənistan hər il bu stansiyadan 800 milyon k/saat elektrik enerjisi alıb, tikintiyə qoyulan investisiyanı qaytaracaq. Stansiyanın özü isə Ermənistanın mülkiyyəti olacaq. İnşaat işlərini İran öz boynuna götürüb. Təkcə İran-Ermənistan dəmir yolu xəttinin (Mehri-Sisyan-Cermuk-Martuni-Havar-Qaqarin) tikintisi üçün 1 mlrd. dollar lazım gələcək. Bundan başqa, iki ölkə arasında yeni ötürücü şəbəkə, neft kəmərlərinin inşası da gündəlikdədir. Kəmər vasitəsilə İrandan Ermənistana benzin və dizel yanacağı daşınacaq. Rəsmi Tehran İrəvana azad ticarət razılaşması təklif edib. Bütün layihələrin reallaşmasına 2011-ci ildən başlanacaq. Tiqran Sarkisyanın səfəri zamanı erməni və iranlı sahibkarlar arasında da müzakirələr aparılıb. İran Ermənistanı da çörəklə təmin edir. Belə ki, Rusiya taxıl ixracına qadağa qoyandan sonra Ermənistan şirkətləri İrandan idxala başlayıb. Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdyan bildirib ki, artıq "Manço-qrup" şirkəti bu günlərdə 10 min ton ərzaq buğdasının alınmasıyla bağlı müqavilə imzalayıb. Taxılın ilk partiyası ölkəyə gətirilib və daşıma iritutumlu avtomobillərlə aparılır. Rəsmi məlumatlara görə, Ermənistan hər il yarım milyon ton buğda idxal edir. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan iqtisadi əlaqələrini əsasən Gürcüstan üzərindən Rusiya və cənubdan İranla qurub. Bu gün Ermənistanın istehlak mallarına və ərzağa olan tələbatının böyük bir hissəsini İran təmin edir. Rəsmi məlumatlara görə, 2009-cu ildə 2 ölkə arasında ticarət dövriyyəsi 250 milyon dollar təşkil edib. Bu dövrdə İrandan Ermənistana 231 milyon dollarlıq, Ermənistandan İrana isə cəmi 19 milyon dollarlıq mal göndərilib. Artıq 1 ildir ki, Ermənistan cənub rayonlarının qaza olan tələbatını da İrandan idxal hesabına təmin edir. Bu ilin sonuna qədər İran-Ermənistan kəməriylə gündəlik nəql həcmi 4 milyon kub metrə çatdırılacaq. Öz növbəsində rəsmi İrəvan alınan qazın dəyərini pulla deyil, elektrik enerjisiylə ödəyir. Yaxın günlərdə təcavüzkar ölkənin iqtisadiyyat nazirinin Tehrana səfəri planlaşdırılır. Göründüyü kimi, rəsmi Tehran işğalçı ölkə ilə sıx əlaqələr qurur. Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın "Tehranın Dağlıq Qarabağ münaqişəsinə "balanslı" mövqeyi Yerevanı qane edir" deməsi rəsmi Tehranın bu məsələdə Azərbaycana xəyanət etdiyi açıq görünür. Azərbaycanla İran arasında münasibətlər dost əlaqələri adlandırılsa da, Tehranın işğalçı ölkəyə dəstək verməsi bu ölkənin ikili mövqedən çıxış etdiyini göstərir. İran bölgədə marağı olan digər dövlətlər kimi iqtisadi, hərbi, strateji maraqlarını istənilən vasitə ilə müdafiə etməyə çalışır. Bu baxımdan son 10 ildə İran erməni və kürd kartından istər Azərbaycana, istər Türkiyəyə, istərsə də digər müsəlman ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Məsələn, təxminən bir il öncə, İranın müdafiə naziri Həccar Ermənistana səfər etmişdi və bu səfər çərçivəsində Tehranla Yerevan arasında hərbi əməkdaşlıq haqqında yeni memorandum imzalanmışdı. Həccar həmin səfəri zamanı Ermənistanı İranın strateji müttəfiqi adlandıraraq iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdiriləcəyini xüsusi intonasiya ilə vurğulamışdı. Beləliklə, İranın erməni faktorundan İraqda, Livanda, Fələstində ABŞ-a və İsrailə qarşı istifadə etdiyi çoxdan məlumdur. İndi də İran Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanla açıq şəkildə hərbi əməkdaşlığa başlayıb. Əgər İran bu gün Qərb tərəfindən bölgədə dəstəklənən PKK terrorçularından və erməni faktorundan Türkiyəyə, Azərbaycana, İraqa və digər müsəlman ölkələrinə qarşı istifadə edirsə, onda bu amil islam dünyasına arxadan zərbə endirmək anlamına gəlir. Onu da xatırlatmaq yerinə düşərdi ki, İranın ABŞ və İsrail xüsusi xidmət orqanlarının əlində islam aləminə qarşı təxribat və terror vasitəsinə çevrilən PKK-çılarla işbirliyi qurduğuna dair çoxlu sayda faktlar var. Ötən əsrin 90-cı illərinin sonlarında Rusiya televiziyaları İrandakı PKK düşərgələri barədə sənədli kadrlar nümayiş etdirmişdilər. Belə başa düşmək olar ki, İranın islam dünyasına hər an arxadan zərbə endirməyə çalışması faktı məhz başda Səudiyyə Ərəbistanı olmaqla əksər ərəb ölkələrini Tehrana münasibətdə Vaşinqtonu müdafiə etməyə məcbur edir. Bütün bunlar isə İranın bölgədəki islam dünyasından daha da təcrid edilməsinə və onun dövlət kimi məhvinə aparırır. Güney Azərbaycan İstiqlal Partiyasının (Kanada) sözçüsü Saleh İldırım bildirib ki, Tehranda və İsfahanda qondarma erməni soyqırımına dövlət seviyyəsində dəstək verilir və icra olunur, hətta maddi yardım göstərilir: "Bu gün İran adlanan ölkənin siyasi rejimin heç bir sossial dayağı yoxdur. O rejim dağılmağa və məhv olmağa doğru sürətlə irəliləyir. Heç şübhəsiz ki, İran adlanan ölkənin rəsmiləri Azərbaycana yardım etmək fikrində ola bilməzlər. Qarabağ məsələsində də belədir. Onlar deyirlər ki, "Ermənistansız Qarabağı təsəvvür etmek olmaz, biz elə etməliyik ki, Qarabağ Ermənistanın tərkib hissəsi olsun, əks-təqdirdə turançılıq ideyası gerçəkləşəcək". Deməli bunlar heç zaman Azərbaycanla həqiqi dost ola bilməzlər". Saleh İldırım bildirdi ki, İran Quzey Azərbaycan cümhuriyyətini özünə ciddi rəqib və hətta təhlükə hesab edir. Quzey Azərbaycanın güclənməsi siyasi, iqtisadi cəhətdən inkişaf etməsi əhalinin sosial rifahının yaxşılaşması Güney Azərbaycanda aparılan azadlıq mücadiləsinə bir örnək ola bilər və belə bir şəraitdə Güney Azərbaycanda istiqlal istəyinin kütləviləşməsi İran adlanan ölkənin dağılması deməkdir: "Fars hakimiyyəti bu prosesləri özünə qarşı böyük təhlükə kimi görür. Buna görə də Azərbaycan dövlətinin hərtərəfli inkişafının qarşısını almağa cəhd edir, müsəlman və şiə azərbaycanlıların topraqlarını işğal edən ermənilərə əvəzsiz yardımlarını davam etdirir. Ermənistanı neft, qaz, ərzaq və hətta silahla belə təmin edir. Bu kimi faktlar dünyada yaşayan bütün Azərbaycan türklərinə bəllidir, ona görə də islam pərdəsi altında gizlənmiş fars molla rejiminin iddia etdiyi islam həqiqi islamdan uzaq, uydurulmuş siyasi ideologiyadır".Güney Azərbaycan Konqresinin (İsveç) sədri Abdulla Əmir Haşimi isə qeyd edib ki, İranda ermənilərin sayı 120 mindən artıq deyil. Buna baxmayaraq orada ermənilərin 30 məktəbi və onlarla kilsəsi fəaliyyət göstərir. Bunlardan əlavə onlara məxsus fakultə və institutlar da dövlət dəstəyilə fəaliyyət göstərirlər: "Ancaq fars molla rejimi keçmiş şah rejimi kimi orada yaşayan milyonlarla Azərbaycan türkünün öz ana dilində oxumasına şərait yaratmır, onların öz ana dilində oxumağa bir məktəbləri belə yoxdur. Azərbaycan türklərinin Babək qalasına və ya Səttarxanın məzarı üstünə toplaşması da yasaq edilir. Orada toplanan şəxslər işgəncə və həbslərə məruz qalırlar. Ermənilər isə istədikləri mədəni və siyasi tədbiri dövlət himayəsi altında həyata keçirə bilirlər. Qədim alban türklərinə məxsus Qara kilsə deyilən məkanda toplaşırlar və buraya dünyanın müxtəlif yerlərindən ermənilər gəlir. Həmçinin hər il 24 aprel qondarma erməni soyqırımı adı altında ermənilər İsfahan və Tehran şəhərində toplaşaraq Türkiyə dövlətinə qarşı mitinqlər düzənləyir və anti-türk şüarlar səsləndirirlər. Buna qarşı etiraz edən Güney Azərbaycan türkləri isə həbs edilərək ağır işgəncələrə məruz qalırlar. Dəfələrlə ermənilər bu mitinqlərə qarşı olan azərbaycanlı milli fəalları iran polisinin gözü qarşısında bıçaqlayıblar, ancaq bu olaya polis müdaxilə etməyib. Tehranda "Ararat" adlı idman mərkəzinə sahib çıxan ermənilər orada istədikləri tədbiri keçirə bilirlər və orada İranda istifadəsi yasaq olunan içkilərin istifadəsı belə azaddır. Maraqlıdır ki, bu gün İranda ermənilər alkoqollu içkilər hazırlayır və satırlar, ancaq rejim buna da göz yumur". Abdulla Əmir Haşimi qeyd edib ki, işğalçı rejim olan Ermənistana bu qədər yardım edən İranın Azərbaycana arxadan zərbə vurmasının şahidi olublar: "Təəssüflər olsun ki, bu xəyanət "islam" adı ilə "islam" ölkəsindən və müsəlmanlıq iddiasında olan hakimlər tərəfindən Azərbaycana qarşı həyata keçirilir. Biz bunu ikiüzlü və ikili standartlı siyasəti irəli sürən İran rejimindən görürük - müsəlmanlardan yox. Ermənistanın ayaq üstə durmasına və Azərbaycan torpaqlarını işğal altında saxlamasına İran dövləti geniş şərait yaradır. Vaxtilə, Yaqub Məmmədov Tehranda olanda rejim Şuşanın işğalına Ermənistanı stimullaşdırdı. İran rejimi, azərbaycanlılarla gürcülərin arasını vurmaqda dəridən-qabıqdan çıxır. Rəsmi Tehranın Bakı-Tiflis-Ceyhan kəmərilə bağlı müqavilənin imzalandığı və həyata keçirildiyi dövrdə nə kimi hədə-qorxular gəldiyini unutmamışıq. Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələrdə, Türkmənistanın Azərbaycanın əleyhinə çevrilməsində İranın birbaşa rolu var". Bəs rəsmi Bakı İranın məlum mövqeyini İslam Konfransı Təşkilatında (İKT) gündəmə gətirilə bilərmi? Bu sualın cavabını politoloq Qabil Hüsyenlidən aldıq: "Gətirə də bilər, gətirməyə də. Mənə elə gəlir ki, rəsmi Bakı İranla ehtiyatlı siyasət aparmalıdır. Azərbaycan BMT-nin İrana qarşı tətbiq etdiyi beynəlxalq sanksiyalara qoşulmaqla ona öz sözünü deyə bilər. Bu İrana ən yaxşı cavabdır. Belə olan təqdirdə Tehran İKT çərçivəsində Bakının ona qarşı mövqeyini gündəmə gətirərsə, onda Azərbaycan da onun işğalçı Ermənistanla münasibətlərini qabarda bilər". Xalq cəbhəsi
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var