SON XƏBƏRLƏR

Vaşinqton İranla əməkdaşlıq edən şirkətləri cəzalandırdı

2021.10.20, 07:36
Vaşinqton İranla əməkdaşlıq edən şirkətləri cəzalandırdı

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi 37 şirkətə qarşı sanksiya tətbiq edib.

 

Onlar İranın dövlət gəmiçilik şirkətilə əməkdaşlıqda günahlandırılır. Söhbət Almaniya, Malta və Kiprdə yerləşən nəqliyyat və vasitəçi şirkətlərdən gedir.

Nazirlik hesab edir ki, həmin şirkətlər İranın BMT sanksiyalarından yayınmasına kömək edib.

 

Maliyyə Nazirliyi 37 şirkətin idarə olunmasında mühüm rolu olan 5 İran vətəndaşına (Məhəmməd Təlayi, Mənsur İslami, Əhməd Sərkəndi, Qasım Nəbipur və Nasir Batini) sanksiya qoyduğunu bəyan edib.

Bəyanatda Hamburqda qeydiyyata alınan 11 şirkətin rəhbəri, İran Gəmiçilik Şirkətinin Almaniyadakı tam səlahiyyətli nümayəndəsi Məhəmməd Təlayi və həmin şəhərdə fəaliyyət göstərən bir neçə şirkətin baş direktor müavini Mənsur İslaminin adları xüsusi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar