SON XƏBƏRLƏR

İrandan Məkkəyə narkotik maddə daşınır

2021.10.20, 07:36
İrandan Məkkəyə narkotik maddə daşınır

Gunaz.tv

GünAzTv: İslam adından istifadə edib, insanları tutduğu haqq yoldan sapındırmaq istəyən dəccalçılar həmişə olub, yenə də olacaq.

GünAzTV-nin  «MIGnews»-a istinadən məlumatına görə, Məkkəyə ziyarətə getmiş 480 iranlı zəvvardan narkotik maddə aşkarlınıb. Müslmanların bu məqəddəs şəhərinə getmiş qaçaqmalçı İran vətəndaşlarından 8 kiloqram narkotik maddə müsadirə edilib.

İslam Respublikası hava limanı təhlükəsizlik xidmətinin başçısı bu əməliyyatdan fəxrlə danışaraq, deyib ki, Məkkəyə qanunsuz yolla narkotik maddə aparanların sayı ötən illə müqayisədə 4 dəfə artıb. Ötən il bu rəqəm 107 nəfər olub. Bu il Məkkəyə 400 min iranlı zəvvərın gedəcyi gözlənilir.

Bir neçə il öncə Məhəmmədrza şahın oğlu Rza Pəhləvi İranın indiki hakimiyyətinə müraciət edərək, deyirdi : «Atamın dövründə tərbiyə alanlar İran-İraq savaşını uddu, ancaq sizin yetişdirdiyiniz gənclik narkomandır».

Şahın oğlunu müdafiədən çox-çox uzaq olsaq da hesab edirik ki, bu fikirdə gerçəklik var. İran vətəndaşlarını «Qərb mədəniyyətindən qoruduğunu» iddia edən bir  hakimiyyətin yetişdirdiyi və «qoruduğu» bir nəsil İslamın müqəddəs şəhərinə narkotik maddə aparmaqdan belə çəkinmir. Odur ki, «Qərb mədəniyyətinin fəsadlarından qorumaq» adı altındaTehran hakimiyyətinin həyata keçirdiyi çeşidli kampaniyalar əslində cəmiyyətdə rejimin xofunu yaratmağa xidmət edir. Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar