SON XƏBƏRLƏR

İran Azərbaycanın Güneyi ilə Quzeyi arasında sədd çəkir

2021.10.20, 07:36
İran Azərbaycanın Güneyi ilə Quzeyi arasında sədd çəkir

Gunaz.tv

GünAzTv: Ərdəbillə Azərbaycan Respublikasının sərhədinə İran tərəfindən sədd çəkilir. "Mehr" xəbər agentliyi məlumatı İranın sərhəd idarəsinin polis müavininə istinadən yayıb.

General Yaqub Rzazadə Mehr agentliyinə verdiyi bəyanatda deyib ki, Ərdəbil sərhədinin bağlanması layihəsi gələn ilin sonuna qədər başa çatacaq.

“Əsri İran” xəbər saytı də yazır ki, Rzazadə bu sözləri Ərdəbilin Germi və Parsabad şəhərlərində ki, görüşlərində deyib. Həmin saytın xəbərində qeyd olunur ki, sərhədi bağlamağa görə məxsus bir büdcə ayrılıb.

"Sərt Xətt" saytı əlavə edir; indilikdə, Ərdəbilin Biləsuvar sərhəd idarəsi dağları bağlanmaqdadır. Ərdəbil viyaləti ilə Azərbaycan Respublikasının 380 kilometr uzunluğunda sərhədi var.

Qeyd olunmalıdır ki, İran hakimiyyəti illərdir ki, İranin müxtəlif sərhəd bölgələrində yaşayan azlıqların ilgilərin sərhədin o biri tərəfindəki qardaş millətlərlə kəsməyə çalışır. Buna görə də Sistan və Bəluçistanlıları Əfğanistan və Pakistanda yaşayan Bəluç və Sistandan ayırmağa çalışırdı və oların sərhədiə hasar çəkməyə çalışır. Əlbəttə ki, İran rəsmiləri bunu qaçaqlarla mübarizənin bir yolu kimi təbliğ edirlər.

Bu, birinci dəfədir ki, İranın sərhəd polisi Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasında təbii maneələrdən başqa süni maneələrin inşası xəbərini təsdiq edir. Voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar