Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
GünAzTv: İran Səfirinin iddia edir ki, Rəşid Əliyev İran və Azərbaycanın düşmənilərinin təsiri altındadır : «Mən fikriləşirəm ki, o, sionistlərin və işğalçı İsrail rejiminin təisir altına düşüb.
elə bir deyim var :«Dil səfirə fikrini gizlətmək üçün verilib». Başqa sözlə dil diplomata yalan danışıb, başqa ölkənin vətəndaşının şərləməkdən ötrü verilməyib.
Ötən gün Tehranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami İranda suçsuz olaraq, bir müdət həbsdə saxlanılmış Rəşid Əliyevin son günlər verdiyi açıqlamalarına münasibət bildirərkən bunları deyib : «Rəşid Əliyevin işi bizim məhkəmədə hələ bitməyib. Sadəcə olaraq, İran xoş niyyət göstərmək üçün onu azad edib».
Onun fkrincə, azərbaycanlı alim «həiqəqətləri təhrif edir» : «Bu şəxs bir özəl şirkət üçün İranın bir əyalətində çalışırmışı. Əgər Hüquqi və maliyyə cəhətdən bir tələbi varsa, bu onun şəxsi işidir. Bu şəxs İran qanunlarına uyğun olaraq, casusluqda ittiham edilib və məhkum olunub. Həm Azərbaycan, həm də İran rəsmiləri ilə apardığım müzakirələr nəticəsində təklif olundu ki, bu Adam amnistiyaya düşsün və qalan həbs müddəti İran tərəfindən bağışlansın... ».
Səfirin fikrincə, Rəşid Əliyev İran və Azərbaycanın düşmənilərinin təsiri altındadır : «Mən fikriləşirəm ki, o, sionistlərin və işğalçı İsrail rejiminin təisir altına düşüb. Bizdə lazımıi sənədlər var. Ona aid olan məhkəmələrdə bunları təqdim edəcəyik. Ona görə ki bu şəxsin işi bizim məhkəmədə hələ bitməyib. O, zəng edib, pasportunu məndən istəyəndə gileylənib dedim ki, niyə mənim və ədliyyə əməkdaşlarının yanında bir söz, mətbuata isə başqa söz deyirsiniz? O, bildirdi ki, jurnalistlər sözlərini təhrif edib. Mən də cavab verdim ki, əgər belədirsə, təkzib etsin. Hər halda ümid edirəm ki, bu şəxs tezliklə iki ölkənin düşmənlərrinin təsiri alıtndan çıxacaq. Əks halda biz Azərbaycanın aidiyyatı orqanları ilə birlikdə lazımıi tədbirlər görəcəyik».
Öncə, cənab səfirin diqqətinə çatıdrmaq istərdik ki, Rəşid Əliyevin adına verilmiş Azərbaycan Respublikasının pasportunun sonuncu iç səhifəsində yazılıb : «Pasport Azərbaycan Respublikasının mülikyyətidir». Azərbaycan vətəndaşı azad edildikdən sonar onun bu sənədi həmən özünə verilməli idi. Başqa sözlə Azrbaycan Respublikasının pasportunu yiyəsinə verməkmələ Tehran hakimiyyəti Azərbaycan Respublikasının mülkiyyət hüququnu tapdayıb. Beynəlxalq hüquqa əsasən buna görə İran İslam Respublikasının uyğun qurumlarına cinayət işi açıla bilər.
İkincisi, Azərbaycan Respublikası heç bir dövlətlə düşmənçilik aparmır. Bu İranın da himayə etdiyi Ermənistana aid deyil. Millətimizin tale elə gətirib ki, ermənilər bizə qonşu düşüb. Torpaqlarımızı azad etdəcəyi, eləcə türklərə qarşı iddialarından əl çəkəcəyi təqdirdə Ermənistan da bu siyahıdan çıxa bilər. Ancaq İran hakimiyyətinin özünə düşmən elan etdiyi İsraili cənab səfir yanlışcasına bizə düşmən kimi sırıyır. Əksinə, bütün azərbaycanlılar, oü cümələdən Rəşid Əliyev kimi alimlərimiz də bilmək istəyir ki, özünü islam dünyanısının təəssübkeşi kimi aparan İslam Respublikası nə zaman Ermənistanın təsiri altından çıxacaq? Çünki İsraillə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi bir neçə milyon dollar olduğu halda, Yerevanla Tehranın dostluq və qardaşlığı nətiəcsində Ermənistan-İslam Respublikası arasında ticarət döriyyəsi 500 milyon dollara yaxındır və bunu İran hakimiyyəti 10 milyard dollara çatırmaq niyyətindədir.
Üçüncüsü, gəmiyə minib gəmiçi ilə dava aparmazlar. İran hakimiyyətinə nə dəxli var, Azərbaycan vətəndaşı kimə və hara işləyir, yaxud kimin təsiri altındadır? Bir də hansı haqla vətəndaşmıza qarşı etimadsızlıq yaratmaqla onu ölkə cəymiyyətinin gözündən salır? Bu hərəkəti ilə Tehranın ölkəmizdəki səfiri Rəşid Əliyevini şərəf ləyaqətini tapdayır.
Dördüncüsü, azərbaycanlı alimin İsrailin təsiri altında olması iranlı diplomata haradan bəllidir, yoxsa, o da prezidenti Mahmud Əhmədinijatın müşaviri Rəhim Məşai kimi yəhudi dövlətini üzdə tənqid edib, əl altdan onlarla iş birliyindədir? Çünki onun iddia etdiyi materialları yalnız İsrailin xüsusi xidmət orqanları cənab səfirə verə bilər.
Beşincisi, heç kimə sirr deyil ki, ölkəmizdə İslam Respublikası yönlü vətəndaşlar da var. Cənab Məhəmmədbağır Bəhrami «İran və Azərbaycanın düşmənilərinin təsiri altındadır» və ya İsrailin «təsiri altındadır» deməklə belələrini azərbaycanlı alimə qarşı qaldırmaq, bununla da respublikamızın vətəndaşlarını biri-birinə qarşı qoymaqla qarşıdurma yaratmaq istəyir. Ona görə, Rəşid Əliyevin təhlükəsizliyinə İslam Respublikası da birbaşa məsuliyyət daşıyır.
Və sair…
Bir də atalar deyib :«Xain xoflu olar». Bu, yalınz insanlara deyil, hakimiyyətlərə də şamil edilir. Belə rejimlərdən biri də İran İslam Respublikasıdır. Bu ölkədəki hakimiyyət öz vəğəndaşlarına inamsızlığı ilə dünyada ad çıxarmış rejimlərdəndir. Bu azmış kimi İslam Respublikasını idarə edənlər qonşu dövlətlərə münasibətdə də atalar sözündəki kimi davranırlar. Ümumiyyətlə, bu hakimiyyətin Azərbaycan Respublikasına və Azərbaycan türklərinə qarşı psixoloji kompleksi var. Milli, təbii haqqını tələb edən güney azərbaycanlılar bir qayda olaraq, çeşidli böhtanlara məruz qalır. Ölkəmizi isə Azərbaycan türklərinin müstəqil dövlət qurduğuna görə sevmir. Bu baxımdanda onun vətəndaşları İslam Respublikasının şantaj və böhtanlarına məruz qalmaqdadır.
Azərbaycan Respublikasının vətəndaşı Rəşid Əliyevin İranda həbsi və ona qarşı Tehranın ölkəmizdəki səfiri M.Bəhraminin iddiaları İran hakimiyyətinin ədalətsiz, qanunsuz davranışı yuxarıda qeyd etdiklərimizi təsdiqləməkdədir.
Rəşid Əliyev kimdir?
O, 1954-cü il yanvarın 30-da Gürcüstanın Bolnisi rayonu, Faxralı kəndində qulluqçu ailəsində anna olu. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinin bitirib.35 ildən artıq bu fakültədə işləyib. Baş laborantdan aparıcı mühəndis vəzifəsinə qədər yüksəlib. Hazırda o, BDU-nun nəzdindəki Fizika Probelmləri Elmi-Tədqiqat İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasında aparıcı mühəndis vəzifəsindədir. Bundan başqa Rəşid Əliyev kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanınır.O, bir çox elmi məqalə, ixtira və səmərləşdirici təkliflərin müəlifidir. Alim ifzika Problemləri Elmi-Tədqiqat İnsititutunda da, AMEA Genetik Ehtiyatlar İnstitutunda və bu sayaq elm ocaqlarında mürəkkəb rentgen, lazer və başqa optik qurğuların sazlanmasını, işlək vəziyyət gətirilməsini təmin edib. «Lazer» Elmi-Texniki Mərkəzdə hazırlanmış xüsusi təyinatlı lazer texnikası sınaqlarının təşkilində fəal iştirka edən Rəşid Əliyev BDU-dakı elmi fəaliyyəti ilə yanaşı gəmi təmirri üzrə də əhəmiyyətli işlər görüb.
1992-ci ilin mayında o, elmi fəaliyyətini dayandıraraq, 38 yaşında Azərbaycan ordusunda xidmətə yollanıb və 1999-cu ilədək döyüşdüyü hərbi hissədə rabitə rəisi vəzifəsində çalışıb. O, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır.
2007-ci ilin yanvarında Rəşid Əliyev İranın Simnan şəhərindəki «SAZAN Electronics İndustrics» şirkəti tərəfindən müqavilə əsasında işlə təmin olunub.Şirkətin direktoru doktor Abbas İftixari BDU-nun rektoru Abel Məhərrəmova rəsmi müraciət edərək, onun İranda elektronika sahəsində aparılan elmi- tədqiqat işlərinə icazə venməsini istəyib. Alim İranda bir ay işləyəndən sonra Bakıya qayıdıb və vizasının vaxtının uzadaraq, İslam Respublikasına gedib. Bakda olanda şirkət rəhbərliyi ona dəfələrlə zəng edib və işlərinin dayandığını və «Rəşidə ehtiyac duyduqlarını bildiriblər».
Ona İranda qalıb işləmək təklif olunub. Ancaq Rəşid Əliyev onların bu təkliflərini rədd edib. Sonuncu dəfə Bakıya qayıdandan sonra «maaşının müqavilə şərtlərindən az olduğunu» söyləyərək, bir daha İrana getməyəcəyinin bildirib. Bu narazılıq qarşılığında İran tərəfi ona müəyyən qədər pul göndərib, yenə də təkidlə qısa müddətə İrana dəvət ediblər. Abbas İftixarinin təkidli xahişlərindən sonra o, yenidən İranın Simnan əyalətinə yollanıb. Bu səfərdən sonra onun ailəsi əlaqəsi tamam kəsilmişdi.
Abbas İfttixari haqda
Abbas İftixari Təbrizdə anadan olub. Atası türk, anası isə milliyyətcə ərəbdir. Atası şah dövründə ordu zabiti işləyib. 1979-cu ilin fevral inqilabından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra ata İftixari İran-İraq savaşında iştirak edib. O, 1990-cı illərin əvvəllərində Bakıda yaşayıb, «Samsunq» şirkətində çalışıb. Həmin illərdə Azərbaycan Texniki Universitetində doktorduq işini müdafiə edib. Onun başçılıq etdiyi şirkət avtomobillər üçün elektron avadanlıqları hazırlayır.
Tehran hakimiyyəti azərbaycanlı alimə qarşı bu sayaq davranışı ilə əslində etibarsızlığını təsdiqləyir. İndiki ağır sosial-iqtisadi durumunda İslam Respublikasının rəsmiləri xarici iş adamlarını İrana sərmayə qoymağa çağırır və onlar üçün hər cür şəraitin yaradıldığını bəyan edir. Ancaq Rəşid Əliyevin başına gətirilənlər bir daha sübut edir ki, İran İslam Respublikasına beynəlxalq səviyyədə etimadsızlıq əsassız deyil.
Bir neçə kəlmədə A.İftixarinin başçılq etdiyi şirkətin fəaliyyətinə münasibət bildirmək istərdik. Heç kimə sirr deyil ki, İran kimi dövlətlərdə belə şirkətlər adi vətəndaşlar aça bilməz. Adından da göründüyü kimi bu qurum elektron fizikası ilə məşğul olur. Bu baxımdan «Sazan Electronic İndustries»inin İranın hərbi sənaye kompleksinə və ya İnqilab Keşikçilər Qvardiyasına bağlı olduğu istisna edilmir. Ona görə də azərbaycanlı alim Rəşid Əliyevin uzun müddət həbsdə saxlanılmasında böyük ehtimalla A.İftixarinin də özünəməxsus «xidmətləri» olub.
Beləliklə, baş verənlərdən belə bir nəticəyə gəlmək mümkündür : Rəşid Əliyevin biliyi və bacarğı Tehran hakimiyyətinin hərbi qurumlarının marağına səbəb olur. Bunun üçün də Abbas İftixari vasitəsi ilə o, yenidən ölkəyə çağırılır. Bundan sonrası ilə məlumdur. Çünki Tehran hakimiyyəti pulla ələ ala bildiklərini bu yolla, bu nəticə vermədikdə həbslə, belə üsuldanda sonuc ala bilmədikdə şantaj, işgəncə və s. üsulları işə salır. Ötən 30 illdə İran İslam Respublikasındakı hakimiyyət öz vətəndaşlarını sıxışdırıb, istədiyini qəbul etdirmək üçün məhz bu yollardan yararlanıb . Cənab səfir Məhəmmədbağır Bəhraminin Rəşid Əliyev barəsində söylədikləri də bunu sübuta yetirir…
Sədrəddin Soltan
[email protected]/* */
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var