SON XƏBƏRLƏR

Ermənistanın hakim partiyasını qorxuya salan nədir?

2021.10.20, 07:36
Ermənistanın hakim partiyasını qorxuya salan nədir?

Gunaz.tv

GünAzTv: Ermənistanın hakim partiyası "DQR"in tanınması ilə bağlı qanun layihəsinin gündəmdən çıxarılmasını istəyir.

Məlum olduğu kimi qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyinin" tanınmasını nəzərdə tutan qanun layihəsi bu həftə Ermənistan parlamentində səsverməyə çıxarılacaq. Lakin Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, ölkənin hakim partiyasının nümayəndələri məsələ ilə bağlı müxalifətdən olan həmkarlarına dəstək verə bilməyəcəklərini bildirib.       GünAzTv mətbuat mərkəzinin “Həftə İçi”-nə istinadən yaydığı məlumata görə, Ermənistanın hakim Respublika partiyasının rəhbəri Qalust Saakyan bildirib ki, məsələ ilə bağlı koalisiyaya daxil olan partiyalar məsləhətləşmələr aparıb. Onun sözlərinə görə, onlar qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyinin" tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasının əleyhinədir.       "Bizim yeganə təklifimiz bu qanun layihəsini ümumiyyətlə gündəmdən çıxarmaq və parlamentə müraciət şəklində saxlamaqdan ibarətdir",- deyə Qalust Saakyan bildirib.       Öz növbəsində "İrs" fraksiyasının rəhbəri Stepan Safaryan açıqlamasında bildirib ki, ona məsləhətləşmələrin keçirilməsi ilə bağlı heç bir müraciət olunmayıb və məsələ ilə bağlı səsvermə ömürlük uzadıla bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar