SON XƏBƏRLƏR

Vaşinqton Tehranı hədəfdə saxlayır

2021.10.20, 07:36
Vaşinqton Tehranı hədəfdə saxlayır

Gunaz.tv

GünAzTv: Birləşmiş Ştatlar İranın nüvə proqramıyla bağlı təzyiqlərini davam etdirəcək. Bu bəyanatla çıxış edən prezident Barak Obama həmçinin qarşıdakı 10 il ərzində Birləşmiş Ştatların qlobal gücünün nümayiş etdirəcəyini bildirib.

GünAzTv mətbuat mərkəzinin “LiderTv”-yə istinadən yaydığı məlumata görə, Ağ Ev rəhbəri yaxın on illikdə dünyanın hər hansı bir ölkəsinin Birləşmiş Ştatlarla müqayisə olunmaq gücü olmadığını bildirib. Onun fikrincə, hazırda yalnız Birləşmiş Ştatlar beynəlxalq arenada baş verənlərə təsir etməyə qadirdi. Amerikanın öz iqtisadi gücünü qoruyacağını deyən Obama ağır böhrandan sonra iqtisadiyyatın bərpa olmağa başladığını bəyan edib. Ağ Ev rəhbəri gələcək Birləşmiş Ştatlara rəqib olma potensialı olan ölkələr sırasında Çin və Hindistanının adını çəkib. Barak Obama İranın nüvə problemini xüsusi vurğulayıb. O, Ağ Ev Administrasiyasının məqsədinin İranla dialoqa girib nüvə məsələsində doğru seçim etməyə imkan yaratmaq olduğunu bəyan edib. Lakin Barak Obama rəsmi Tehranın bu münasibətə müsbət reaksiya verməyəcəyi təqdirdə Vaşinqtonun ehtiyatınnda digər çözüm tədbirləri olduğunu qeyd edib. O, İranın nüvə proqramının istiqaməti aydınlaşanadək təzyiqlərin davam edəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar