SON XƏBƏRLƏR

Mühəndis Əmani Türkiyədə anıldı

2021.10.20, 07:36
Mühəndis Əmani Türkiyədə anıldı

Gunaz.tv

GünAzTv: Azərbaycan Milli Hərəkatının öncül fəallarından biri Mərhum Mühəndis Qulamrza Əmaninin vəfatının ikinci ildönümü mərasimi qardaş ölkə Türkiyənin Əskişəhərində keçirilib.

 

Oktyabr ayının 24-ü (Abanın 2-i) Türkiyə saatı ilə saat 16-dan 19-a qədər dəvam edən mərasimdə milli hərəkat fəalları iştirak edib, Azərbaycanın milli marşını oxuduqdan sonra 1 dəqiqə sükütla mərhum Əmani və azərbaycanlı şəhidlərin xatirəsini əzizləyib və onların yolunun dəvam ediləcəyini nemaiş etdiriblər.

 

Mərasimdə tanınmış milli fəal cənab Cavad Əbbasi çıxış edib. Əbbasi bəy çıxışının bir hissəsində mərhum Əmaninin fəaliyyətlərinə işarə edərək onu müqavimət nümunəsi adlandırıb. Cənab Əbbasi İran rejimi tərəfindən milli hərəkatçılara qarşı tətbiq edilən fiziki və şəxsiyət terrorunu xatırladaraq, hərəkat fəallarını daha çox diqqətli olub və birlik içində olmağa çağırıb.

 

Mərasimdə digər fəallarda şıxış edərək, mühəndis Əmaninin fəaliyyətlərindən, milli hərəkata qoyduğu təsirdən və onun yaşadığı dönəmdə mübarizəmizdə götürdüyü roldan danışıb və onun əziz xatirəsini canlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar