SON XƏBƏRLƏR

Ermənistanda Azərbaycana casusluqda günahlandırılan Güney Azərbaycanlı 10 il azadlıqdan məhrum edildi

2021.10.20, 07:36
Ermənistanda Azərbaycana casusluqda günahlandırılan Güney Azərbaycanlı 10 il azadlıqdan məhrum edildi

Gunaz.tv

GünAzTv: Oktyabrın 25-də Yerevanın Avan və Nork Maraş icmaları məhkəməsi Ermənistan vətəndaşı Gevorq Ayrapetyana 12, Güney azərbaycanlı Bəhman Baqeriyə isə 10 il həbs cəzası kəsib. Məhkəmə qapalı keçirilib.

 

GünAzTv mətbuat mərekəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  məhkəmə Ayrapetyanı və Baqerini Azərbaycana casusluqda təqsirli bilib. İttihama görə, Ayrapetyan Ermənistan Silahlı Qüvvələri haqqında məlumatları Baqerinin köməyi ilə Azərbaycan xüsusi xidmət orqanlarına ötürürmüş. Hər iki şəxs 2009-cu ildə tutulublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar