SON XƏBƏRLƏR

İranda məhkumun əllərini kəsdilər

2021.10.20, 07:36
İranda məhkumun əllərini kəsdilər

Gunaz.tv

GünAzTv: Məhkəmənin qərarı başqa məhkumların gözü qarşısında icra edilib. 32 yaşlı məhkum oğurluqda ittiham edilib.

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, İranda oğurluq etdiyi üçün həbs edilən məhkumun əlləri kəsilib. Dövlət radiosunun məlumatına görə, Yazd şəhərindəki həbsxanalardan birində 32 yaşlı məhkumun əlləri başqa məhkumların gözü qarşısında kəsilib. Əlləri kəsilən adı və onun nə oğurladığı bilinmir. Qeyd edək ki, bu son bir ayda İran məhkəməsinin əl kəsilməsi barədə verdiyi ikinci qərardır. Ötən həftə şəkər tozu oğurlayan başqa bir kişi haqqında əllərinin kəsilməsi barədə qərar verilsədə qərarın yerinə yetirilib-yetirilmədiyi ictimaiyyətə açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar