Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: Güney Azərbaycanda bu gün saz döyüşkənlik xarakteri kəsb edir. Aşıqların çıxışlarında döyüşkənlik ruhu əsas leytmotiv kimi diqqəti cəlb edir.Güney Azərbaycan İran əsarətində olduğu 200 ilə yaxın bir dönəmdə özünün milli ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bildi. Bunun səbəbləri az deyil. Əsas səbəbi isə odur ki, Azərbaycan Türkünün möhtəşəm, yenilməz ruhunu məhv etmək mümkün olmadı. Türk Ruhumuzun daşıyıcısı, yenilməz soraqlarımızdan biri olan ana sazımızın rolunu bu yerdə böyük bir sayğı ilə qeyd etməliyik. Sazın türkün böyük ruhundan yarandığına kimsənin şübhəsi yoxdur. Bu gün İranda bütün qadağalara baxmayaraq sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Bu gün Güney Azərbaycanda saz havalarının notlaşdırılmasında böyük uğurlar qazanılmaqdadır. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, ciddi müqavimətinin sonucu kimi anlaşılmalıdır. Türk Ruhundan yaranan saz daim Türk döyüşkənliyini vəsf edir. Güney Azərbaycanda milli ruhumuzun yaşarı olmasında ana sazımızın müstəsna xidmətləri var. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu, Türkün yenilməz ruhunun təqdimidir, burada zəifliyə və zəlilliyə qətiyyən yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycada saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayındakı kədər bizə yenilməz güc verir. Güney Azrəbaycan aşıqlarının çıxışlarında döyüşkənlik əsas leytmotiv kimi diqqəti cəlb edir. Həm muğam dəstgahlarının, həm də aşıq havacatlarının ifasında bəzi ümumi oxşarlıqlar nəzərə çarpır. Adətən Azərbaycanın Quzeyində dəstgahların ifası zamanı muğam şöbələrinin arasındakı rənglər, təsniflərdə bütövlükdə ansambl iştirak edir. Ancaq müşaiyət zamanı daha çox tarı və kamançanı müşahidə edirik. Qarmon, fortepiano və başqa musiqi alətlərinin də bu sırada öz yeri var. Ümumiyyətlə, Quzeydə musiqi ifalarında konkret yığcamlıq özünü göstərir. Burada xanəndənin uzun-uzadı improvizasiyalar etməsinə imkan yoxdur. Haradasa bu, muğamın təhrif edilməsinin mümkünsüzlüyünə bir sübutdur. Bu, həm də bütövlükdə Azərbaycan türklərinin muğamın ruhuna, mahiyyətinə bələdliyindən xəbər verir. Güney Azərbaycanda muğam sənətinə farssayağılıq müəyyən mənada təsir etsə də, orada yaşayan xanəndələrimiz həm də sırf Azərbaycanın Quzeyindəki sayaq muğam-dəstgahlar oxuyurlar. Güneydə saz sənətinə kənar, yad, xüsusi bir təsirin olmasını təsəvvür belə etmək olmur. Türkün ruhundan yaranan saz türkün döyüşkənliyini daim vəsf edir. Yuxarıda haqqında danışdığımız ümumi oxşarlıq yalnız hər ikisində ifa müddətinin uzadılması, improvizasiyaların artmasıdır. Güney Azərbaycanda saz sənətinin daha çox Şirvan aşıq məktəbindən bəhrələndiyi göz önündədir. Ancaq güneyli aşıqlarımız həm də bütövlükdə Azərbaycanın aşıq sənətinin mahiyyətini, ənənəsini özündə böyük bir səy və inadla yaşatmağa, inkişaf etdirməyə çalışırlar. Çingiz Mehdipurun rəhbərlik etdiyi ansamblın ifasında bu cəhətlər özünü həmişə barizliyiylə göstərib. Diqqətimizi çəkən bir əsas cəhət də həm muğam dəstgahlarının, həm də saz havacatlarının ifasında ayrı-ayrı aparıcı musiqi alətləri ilə yanaşı digər alətlərin də fəal iştirakıdır. Məsələn, burada sazla yanaşı balaban da fəaldır, bir növ alət "əyalətdə deyil": balaban sazla həmahəngdir, həmruhdur. Aşıqların məharətli improvizələrindən gözəl bir kompozisiya əmələ gəlir. Hərdən bir havacatdan digərinə məharətli keçidlər olur. Ümumiyyətlə, Quzey Azərbaycan aşıqlarının repertuarında olan mahnıların son dərəcə diqqətlə Güneydə izlənilməsi və ifası təqdirəlayiq cəhətlərdəndir. Güney Azərbaycan aşıqlarının ifa zamanı döyüşkənlik ruhlu şeir parçalarından istifadə etmələri onların sifətində gözəl bir hal yaradır... Güney Azərbaycanda aşıq sənətinin inkişafı hər şeydən əvvəl bir cəhətinə görə diqqətçəkəndir. Sazımızla ana dilimizin imkanları daim açılır, həm də qorunur. Məlumdur ki, Güneydə ana dilimiz çox ciddi basqılara məruz qalıb. Bu, o deməkdir ki, hazırda ana dilimizin hər mənada varlığının qorunmasında aşıq sənəti misilsiz hünər göstərir. Aşıqların bu və ya digər havacatı oxuyarkən aydın ifa tərzləri, türk sözlərinin əzəmətli deyilişi insanı ruhlandırır. Bu gün də Güney Azərbaycanda yeni saz ansamblları yaranmaqda və xalq arasında populyarlaşmaqdadır. Bu ifalarda sazın bayağılığa varılmasına rast gəlmək mümkün deyil. Təbiidir, qərbçilik əhvalı Güney Azərbaycana da təsir edir və oradakı soydaşlarımız içərisində hər cür yeniliyi göydəndüşmə kimi qəbul edənlər az deyil. Bu meyl xüsusən ədəbiyyatda özünü göstərir. Hətta Azərbaycan mətbuatında Güney Azərbaycanda yaşayan bəzi gənc qələm adamlarının guya ki, yenilikçi, əslində isə bədbin ruhlu şeirlərinin də çapına meydan verilir. Bu gün Quzey Azəbaycanda daha çox sezilən qarışıq ədəbiyyatçılıq əhvalı bu mənada Güney Azərbaycana da təsir etməmiş deyil. Unutmamalıyıq ki, Güney Azərbaycandakı yaradıcı soydaşlarımız Quzeydəki yaradıcı mühiti diqqətlə izləyir. Professor Qara Namazov deyir ki, aşıq sənətinin kökü eramızdan əvvəlki minilliklərə gedib çıxır: "Amerika alimi Diklas 1960-65-ci illərdə Güney Azərbaycanda apardığı arxeoloji qazıntı işləri əsasında maraqlı, son dərəcədə tutarlı elmi nəticələrə gəlib. Eramızdan əvvəl 6-cı minillikdə Güney Azərbaycanda mövcud olmuş, müəyyən dövrdən sonra yerə batmış Cığamış şəhəri tapılıb. Çoxsaylı tapıntılar zamanı saxsı qab üzərində aşıq ansamblının şəkli ifadə olunmuş qiymətli əşya diqqəti cəlb edib. Cığamış şəhərinin qiymətli tapıntıları çox mətləblərdən xəbər verir. Eramızdan əvvəlki minilliklərdə Mesopotamiyada - İkiçayarasında mövcud olmuş mədəniyyətin bu ərazinin qonşuluğunda təşəkkül tapması təbiidir ki, təsirsiz ötüşməyib. Diklas bu tapıntını yüksək dəyərləndirərək deyib ki, insanlığın tarixi boyunca qədim dövrlərdən soraq verən bu tapıntı son dərəcə nadirdir, ona görə ki, burada ilk dəfə olaraq orkestr şəkli ifadə olunub. Ortada ozan oturub, ətrafında müxtəlif musiqi alətləri ifa edən sənətkarların rəsmləri yer alıb. Həmin səhnədə oxuyan şəxsin də təsviri var. Təbiidir ki, bir tapıntı ilə müəyyən dəqiq elmi-tarixi qənaətə gəlmək mümkün deyil. Digər bir fakt isə həmin ərazidən 4 min əvvəl tapılmış, hazırda Misirin muzeylərindən birində saxlanılan saxsı qab üzərində olduqca maraqlı bir şəkil diqqəti cəlb edir: çoban rəsmi verilib, başından çalma var. Məlumdur ki, bu cür çalma forması sırf türklərə məxsusdur. Çoban sinəsindəki sazla sanki heykəlləşib. Yanında it şəkli və su qabı da təsvir edilib. Təbiidir, güman etmək olar, zaman-zaman bu cür tapıntıların sayı artacaq, o zaman fitrətimizin gəldiyi elmi qənaətlər tarixi faktlar vasitəsilə təsdiqini bir daha tapacaq. Bu cür tapıntılar, ciddi faktlar əsasında aşıq sənətinin lap qədim tarixə malik olması haqqında fikir irəli sürməyə tamamilə haqqımız var. Bu, onu göstərir ki, sözügedən dövrlərdə aşıq sənəti mükəmməl bir sənət olaraq mövcud imiş". Aşıq sənətinin qədimliyindən danışarkən bir məqama diqqət yetirməyimiz olduqca vacibdir. Bu da "aşıq" sözünün mənşəyi, kökü ilə bağlı olan bir məsələdir. Bu sözün haradan qaynaqlanması haqqında müxtəlif qənaətlər var. Ancaq aşıq sənətinin məhz türk ruhu ilə sırf bağlı olması onu deməyə əsas verir ki, "aşıq" sözü "işıq" sözündəndir. Q.Namazov deyir ki, "aşıq" sözü orta əsrlərə aiddir. Bu söz haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri bu sözü ərəb sözü kimi qəbul edir, "aşiq olmaq", "vurulmaq" anlamında qəbul edirlər. "Aşıq" sözünün "işıq" sözündən qaynaqlandığı haqqında mülahizə irəli sürənlər də var. Hətta bu sözü "aşılamaq" sözü ilə də əlaqələndirirlər. Hər halda bu və ya digər yaradıcı sənət heç bir vaxt yerində durmur, daim inkişaf edir, cilalanır: "Mən də bu qənaətdəyəm ki, "aşıq" sözünün kökü "işıq" sözündəndir. Bu gün bizim öyrəndiyimiz aşıq sənəti heç də qədim aşıq sənəti deyil. Aşıq sənəti bir tərəfdən şifahi xalq ədəbiyyatının çox zəngin bir qoludur, digər tərəfdən də onu şifahi ədəbiyyata yamaq etmək mümkün deyil. Ona görə ki, aşıq sənətinin mahiyyətcə müəllifi məlumdur. Aşıq sənətinin tarix boyunca çox mötəbər ustadları olub. "Dədə Qorqud" eposunu da yaradanlar məşhur ozanlardır. Bu, o deməkdir ki, aşıq sənəti möhkəm, qədim təmələ, özünəməxsus yönə malik xəlqi yaradıcılıq xəzinəsidir, məktəbidir. Şəxsən məndə belə bir qənaət artıq tamamilə formalaşıb: uzun müddətdir ki, dünyanı heyrətləndirən Şumer mədəniyyəti Türk mədəniyyətinin özəyini, təməlini təşkil edir. Təkcə "Bilqamıc" dastanını diqqətlə nəzərdən keçirsək, görərik ki, onun "Dədə Qorqud" dastanları ilə hər mənada sıx bağlılığı var. Bu bağlılıq bizə çox mətləbləri açmağa işıq ucu verir. Ümumiyyətlə, türk dastanlarının hamısında biri-biri ilə bağlılıq, bəşəri mahiyyəti ifadə etmə xətti hədsiz dərəcədə güclüdür. Hazırda bu yöndə daha ciddi araşdırmaların aparılmasına ehtiyac böyükdür. Etiraf edək ki, bu məsələlərin özümüz tərəfindən araşdırılmasına çox gec başlamışıq. Məlumdur ki, sovet ideologiyasının hakimi mütləq olduğu bir zamanda belə şeylərə imkan verilmirdi. Digər bir tərəfdən də imperiya ideologiyasının təsiri nəticəsində tarixşünaslığımızda bu yöndə ciddi ziddiyyətlər nəzərə çarpırdı. İndi də bu, qalmaqdadır. Məhz bu səbəbdən də Şumer mədəniyyətinin türkçülük istiqaməti yönündə araşdırmalar aparmalıyıq. Burada dilçilik, epos sahəsində araşdırmaların son dövrlər nəzərəçarpacaq dərəcədə aparılması xüsusi qeyd edilməlidir. Təbiidir ki, sözügedən sahələrdə müəyyən uğurların yaranması və artması gələcək tədqiqatlar üçün yaxşı bir ümid yaradır. Şübhə etmirəm ki, müəyyən dövrdən sonra "Tarix Şumerdən başlayır", "Tarix Türklərdən başlayır" deyənlərin sayı daha çox olacaq. İlk növbədə bu qənaətin özümüzə bütün aydınlığı ilə məlum olması çox gərəklidir". Tanınmış saz ifaçısı Nemət Qasımlı isə Güney Azərbaycanda aşıq sənətinin inkişafı barədə bu qənaətdədir: "Güney Azərbaycanda bu gün saz döyüşkənlik xarakteri kəsb edir. Orada yaşayan soydaşlarımızın yaxşı cəhəti odur ki, Azərbaycanın həm Şirvan, həm də Qərb bölgəsinin aşıq musiqisini inkişaf etdirərək yaşadırlar". Yazı KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi müsabiqə əsasında çap olunur
Xalq cəbhəsi
Elçin Qaliboğlu
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var