SON XƏBƏRLƏR

Gənclər yenədə divarları milli şüarlarla bəzəyiblər

2021.10.20, 07:36
Gənclər yenədə divarları milli şüarlarla bəzəyiblər

Gunaz.tv

GünAzTv  :Azərbaycan Milli Hərəkatının gənc fəalları hər fürsətdən istifadə edərək milli istəklərimizi müxtəlif formada gündəmə gətirməkdədirlər.

 

Növbəti dəfə olaraq Qoşaçayın Çaharbürc şəhəri və onun kəndlərinin divarları milli şüarlarla bəzədilib.

 

Divarlarda “Türk dilində mədrəsə”, “Yaşasın Azərbaycan”, “Mən türkəm fars yox”, “"Traxtur" var olsun”, “Yaşasın milli hərəkat”, “Ay-ulduz rəsmi”, “Haray haray mən türkəm” kimi milli məzmunlu şüarlar yazılıb.

 

Xatırladaq ki, bu tip yazılara Güney Azərbaycanın müxtəlif böyük və kiçik şəhərlərində rast gəlmək adi haldır. Yazıların əsasən tələbələr və gənclər tərəfindən yazıldığı barədə məlumatlar vardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar