SON XƏBƏRLƏR

Cəlal Talibani: Müstəqil kürd dövləti yalnız xəyaldan ibarətdir

2021.10.20, 07:36
Cəlal Talibani: Müstəqil kürd dövləti yalnız xəyaldan ibarətdir

Gunaz.tv

GünAzTv: İraq prezidenti Cəlal Talibani bölücü terror təşkilatının ən böyük səhvinin Türkiyədəki demokratik quruluşun dəyərini anlamamaq olduğunu deyib.

TRT -nin ərəbcə kanalında yayımlanan "Türkiyənin qonaqları" proqramına qatılan Talibani silahlı aksiyalarla nəticələrə nail olmağın mümkünsüzlüyünü vurğulayıb.

Terror aktlarının yalnız Türkiyəyə deyil, bölgədəki bütün ölkələrə mənfi təsir etdiyini deyən Talibani müstəqil bir kürd dövləti qurulması fikrinin yalnız xəyaldan ibarət olduğunu bildirib.

"Türkiyə mənim üçün ana vətəndir" deyən Cəlal Talibani Türkiyədə əsrlər boyu islam aləminə və bütün şərq xalqlarına böyük xidmətlər göstərdiyini söyləyib. Bu gün İraq hökumətində irəli gələn insanların çoxunun Türkiyə universitetlərində yetişdiyini bildirən Talibani bu ölkənin mədəniyyətini çox sevdiyini və təqaüd illərini İstanbulda keçirmək arzusunu ifadə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar