Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: Türkiyədə fəaliyyət göstərən “XXI Yüzillik İnstitunun” tanınmış siyasi analitiklərindən olan Arif Kəskinin Günaz.tv Mətbuat mərkəzinə eksklüziv müsahibəsini təqdim edirik:
Müsahibədə əsasən “Bu gün Qarabağ məsələsi dünya Azərbaycanlılarının ümümmilli problemidirmi? Ümümiyyətlə, İran xarici siyasətində Ermənistan hansı rolu oynayır? Bölgədə müharibə riski gözlənilirmi?” kimi suallara cavab axtardiq.
-Bəzən belə bir fikir eşidirik ki, Güney Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Sizcə, Qarabağ dünya Azərbaycanlılarının problemi deyilmi?
-Qarabağ dünyanın hər bir yerində yaşayan Azərbaycanlıların ümümmilli problemidir. Onu qeyd edim ki, Qarabağ problemi həll edilmədikcə Azərbaycanda istənilən normallaşma olmayacaq. Çünki nəzərə alsaq ki, bu gün Qarabağ münaqişəsində Azərbaycan məğlub tərəfdir. Azərbaycanın məğlubiyyət duyğusu onun millətləşmə prosesini zədələyir. Hər bir Azərbaycanlı istər-istəməz şüur altı olaraq özünü zəif, torpağını itirmiş olaraq görür. Bu, Azərbaycanın dünyadakı imici və prestijinə və əsas da Qarabağ problemi Azərbaycanın milli, mənəvi və əxlaqi inkişafına zərər verir. Onun milli-siyasi enerjisini yox edir. Azərbaycanın əl-qolunu bağlayır. Onu başqa ölkələrin dəstəyinə möhtac edir. Regionda istədiyi və laiq olduğu nüfuz və təsir imkanı olmur. Münaqişə uzandıqca regionun ümumi inkişafına mənfi təsir edir. Ona görə Qarabağ münaqişəsi Azərbaycan xeyrinə həll olunmalıdır.
Bu torpaqların ilk yerli sakinləri türklər olublar. Üstəlik, Qarabağ bir coğrafi ərazi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın siyasi-ictimai və mədəniyyət tarixində azərbaycan türklərinin milli kimlik mərkəzi rolunu oynayıb.
Qarabağ məsələsi Güney Azərbaycanlıları üçün də önəmlidir. İran rejiminin neçə illərdir apardığı assimilliyasiya siyasəti nəticəsində Güney Azərbaycanlıların düşüncəsində Qarabağ lazımı qədər yer tutmadığı ortadadır. Bu gün Güney azərbaycanda milli kimlik mübarizəsi yüksəldikcə, assimilliyasiya azaldıqca və insanlar öz milli kimliklərinə geri döndükcə, Güney azərbaycanlıların şüurunda Qarabağ məsələsi mərkəziyyət qazanır. Belə olan halda Qarabağın mərkəziyyət qazanması qaçılmazdır, buna maneələrin törədilməsi isə mümkünsüzdür.
-İran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir. Ancaq görünən odur ki, İran-Ermənistan arasında münasibətlər gündən-günə inkişaf edir. Bu gün konkret olaraq İranın xarici siyasətində Ermənistan hansı önəmi daşıyır?
-Ermənistan İranın iki üzlü siyasətinin göstəricisidir. Özünü İslam dünyasının lideri olaraq iddia edən İran Ermənistan kimi xristian bir dövləti himayə etməsi bir daha göstərir ki, bu dövlət islam prinsiplərindən uzaqdır. İran Ermənistana fars milliyyətçiliyi prizmasından baxmaqdadır. Fars milliyyətçiliyi idelogiyasi Azərbaycan və türk düşmənçiliyi üzərinə formalaşıb. Həm də münaqişənin həll olunmaması və uzanması İranın xeyrinədir.
Ermənistanın Azərbaycanla gərgin münasibəti, eyni zamanda Azərbaycanın böyüməsi və İrandakı türklər üçün bir çəki mərkəzi olmasını qarşısını alır. Ayrıca Azərbaycan-Ermənistan savaşı, hər iki dövləti İrana doğru yönəldir.
İkincisi, İran Ermənistanın Rusiyadan ayrılıb, qərbin təsir dairəsinə düşməsini istəmir. Başqa bir ifadəylə desək İran, Ermənistanın Rusiyadan ayrılıb, qərbə yaxınlaşmasından qorxur və bunun qarşısını almaq üçün özü məcbur olub, Ermənistanı dəstəkləyir və öz təsir dairəsində saxlamaq istəyir.
Bir tərəfdən İran, Ermənistanı, Türkiyənin Qafqazdakı fəaliyyətini məhdudlaşdırmanın vasitələrindən biri olaraq görür, digər tərəfdən də Avropa və ABŞ-dakı Erməni diasporunun qlobal siyasətdə müdaxil olaraq özünə bəzi qapılar aça biləcəyini düşünməkdədir.
-Gələcəkdə yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi gözlənilirmi?
-Təəssüf ki, Türkiyə hələ də Azərbaycanın önəmini lazımı qədər anlamış deyil. Azərbaycan Türkiyənin dünyada ən çox etibar edə biləcəyi ölkədir. Azərbaycan türkləri Türkiyəni sevir və onun dərdlərini öz dərdləri kimi bilirlər. Bu gerçəklik xarici siyasət üçün də çox əhəmiyyətlidir. Azərbaycan, Türkiyənin Qafqaz regionundakı ən yaxın dostudur. Qafqazlara çıxan qapısı və oradakı dayanacağıdır. Türkiyənin enerji siyasətində Azərbaycan önəmli rol oynayır. Əgər Azərbaycan olmazsa Türkiyənin enerji siyasəti uğurlu ola bilməz.
Zamanında AKP bunları bilmirdi və zamanla da öyrənməyə başladı. Bu gün Azərbaycanı itirmək Türkiyə üçün böyük xəta olar. Onun cəzası Türkiyə üçün baha başa gələ bilər. Türkiyə son zamanlar bu həqiqəti anlamaya başlayıb. Ancaq yenə də olanlar olub. AKP Türkiyə-Azərbaycan münasibətinə çox zərər verdi. İki ölkə arasındakı illər boyu yaranan dərin etibar və güvən duyğusunu zədələdi. Türkiyə hakimiyyəti Azərbaycanlıların güvən və etibarını yenidən qazanmalıdır. Azərbaycanın zərərinə ola biləcək hər işdən uzaq durmalıdır.
Bunları hesablamayıb sərhədləri açmağa qalxarsa Türkiyə-Azərbaycan münasibəti alt-üst olar. Azərbaycan-Türkiyənin münasibətlərinin pisləşməsi Türkiyənin həm daxili, həm də xarici siyasətinə böyük zərər verər. Ona görə bundan sonra Azərbaycanın razılığı olmadan sərhədləri açmağa təşəbbüs edəcəyinə inanmıram.
-Bəs yenidən bölgədə müharibə riski gözlənilirmi? Sabah müharibə başlayacağı təqdirdə necə Rusiya Ermənistanı açıq şəkildə müdafiə edirsə, eyni zamanda qardaş Türkiyə Azərbaycanı müdafiə edəcəkmi?
-Hazırda Qarabağ münaqişəsi dinç və sülh yoluyla həll olunacaq problem deyil. Bunun həlli üçün əsas önəmli məsələlər ümümmilli iradə lazımdır. Bununla yanaşı Azərbaycanın güclü iqtisadiyyatı, hərbisi, çox tərəfli və təsirli imkanlara malik diplomatiyası olmalıdır. Bunlar olmadıqca bir iş görmək mümkün deyil.
Ermənilər Qarabağı təkbaşına hərbi yolla ala bilməzdilər. Bu siyasətin gerçəkləşməsində Rusiya, İran və bəzi Avropa ölkəsi ermənistana yardım elədi. O, zaman Azərbaycan meydanda tək qaldı. Ermənistan bir çox ölkə tərəfindən himayə edilirdi. Azərbaycana yardım edilmədi. Məsələnin həllinin mürəkkəbliyi də elə buradadır. Azərbaycan dövləti yaxşı bilir ki, sabah müharibəyə başlasa onun qarşısında hansı dövlət duracaq. Yenə də Rusiya, İran və bəzi avropa ölkələri Ermənistana kömək edəcək. Elə buna görə də, Azərbaycan yeni bir hərbi-siyasi konsepsiya ortaya qoymalıdır. Hazırda Türkiyə-Azərbaycan arasında hərbi ittifaq güclü şəkildə qurulmalıdır və əlaqələr bu istiqamətdə davam etməlidir.
Azərbaycanın balans siyasəti bir yerə qədər yaxşıdır, ancaq regionda çox şey dəyişir. İran nüvə silahına sahib olmağa doğru gedir. Rusiya-Ermənistan hərbi münasibətləri daha dərinləşir. Azərbaycan-Türkiyə münasibətləri yenidən formalaşmalıdır. Bu siyasət reallaşarsa həm gələcəkdə Azərbaycan-Türkiyə münasibətlərini zərər verəcək addımlardan, həm də hər iki dövlət milli maraqlarını daha rahat qoruya bilərlər.
Azərbaycan-Ermənistan arasında müharibə olarsa, istər-istəməz Türkiyə prosesin içinə daxil olacaq. Çünki Türkiyə ictimaiyyətində dərin, sonsuz Azərbaycan sevgisi var. Ancaq buna baxmayaraq yenə də işi sağlam əsaslar üzərində qurulmalıdır. Qeyd etdiyim kimi mütləq Türkiyə-Azərbaycan arasında hərbi ittifaq strateji səviyyədə qurulmalıdır. Söhbətləşdi: Elnur Eltürk
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var