SON XƏBƏRLƏR

Tehran polisinin rəsmisi: Tehranda peyk antenləri istehsal edən gizli zavod aşkarlanıb

2021.10.20, 07:36
Tehran polisinin rəsmisi: Tehranda peyk antenləri istehsal edən gizli zavod aşkarlanıb

Gunaz.tv

GünAzTv: Tehranda peyk antenləri istehsal edən gizli zavod aşkarlanıb. Bunu jurnalistlərə Tehran polisinin rəsmisi Seyid Əbülqasim Hüseyni deyib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, O oktyabrın 20-də mediaya açıqlamasında bildirib ki, hüquq mühafizə orqanlarının qanunsuz zavodda keçirdiyi əməliyyat nəticəsində 25 min ədəd peyk anteni, 5 min ədəd anten dirəyi, 7 ədəd ötürücü aparat, 3 ədəd presləmə dəzgahı və bu antenlərin istehsalında, quraşdırılmasında istifadə olunan yüzlərlə digər avadanlıq müsadirə edilib.

Zavodda işləyən 3 fəhlə tutulub. Onlardan biri iranlı, digər iki fəhlə isə Banqladeş vətəndaşıdır.

Polis rəsmisi zavodda istehsal edilən peyk antenlərinin əsasən Tehran və digər şəhərlərdə gizli satışa buraxıldığını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar