SON XƏBƏRLƏR

Fransanı etiraz aksiyaları bürüyüb

2021.10.20, 07:36
Fransanı etiraz aksiyaları bürüyüb

Gunaz.tv

GünAzTv: Əməkçilər və tələbələr Fransanın böyük şəhərlərində hökumətin pensiya yaşını artırmaq planına qarşı yenidən etiraz aksiyaları keçirərək, yanacaq və nəqliyyat idarələrinin qarşısını kəsmişlər.

 

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Lyon şəhərinin polisi dünən yanan maddələr atan və maşınları çevirən gənclərin qarşısını almağa çalışıb. Marsel şəhərində isə polis yüzlərlə işçinin blokadaya aldığı aeroport yolunu açmağa çalışıb. Hərbi qüvvələr Aralıq dənizi sahilindəki şəhərin küçələrini tullantılardan təmizləyiblər.

 

Prezident Nikola Sarkozi deyir ki, o, ölkəni müflisləşmədən qorumaq üçün pensiya islahatlarını davam etdirməlidir. O, pensiyaya çıxmağın minimum həddini 60 yaşdan 62-yə, tam pensiya vaxtını isə 65-67 yaşlar arasında müəyyən etməyi planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar