Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: Siyasi gündəmin diqqət mərkəzində hazırda ən çox yer alan məsələlərdən biri Ağ Evin İrana qarşı BMT tərəfindən tətbiq edilən sanksiyalarında bu ölkənin qonşularının da iştirak etməsidir. Proseslərin gedişi göstərir ki, artıq Vaşinqton İrana qarşı sanksiyalarda bu ölkənin Azərbaycan, Türkiyə, Ermənistan kimi qonşularının iştirakına xüsusi maraq göstərir. Ağ Evin bu məsələdə Türkmənistanla da danışıqlar aparacağı gözlənir. İranın digər qonşuları olan İraq və Əfqanıstan isə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) istəyinə uyğun hərəkət edir. İndi qonşular sırasında, Vaşinqtona görə, növbə Azərbaycan, Türkiyə və Ermənistana çatıb. Bilindiyi kimi, elə bu məqsədlə ABŞ-ın maliyyə nazirinin müavini Stüart Levi Azərbaycanda səfərdə olub. O, prezident İlham Əliyev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın özəl sektorunun liderlərilə görüşüb. Görüşlərdə beynəlxalq maliyyə sistemini İranın sui-istifadəsindən müdafiə etmək yönümündə birgə fəaliyyət və BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin mandatının icrası ilə bağlı məsləhətləşmələr aparılıb. Cənab Levi səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Bakıda çox məhsuldar gün keçirdiyini deyib. "Müzakirələrdə əsas diqqət beynəlxalq öhdəliklərə, o cümlədən nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı tətbiq edilən sanksiyaların son raunduna yönəldilmişdi". ABŞ rəsmisi Azərbaycanın İranla davamlı müştərək layihələrinin BMT-nin sanksiyasının tələblərinə uyğun olub - olmaması barədə suala cavabında deyib ki, Amerika hələ bunu müəyyənləşdirməyib. Belə bir vaxtda isə İran qonşuları ilə münasibətlərini yaxşılaşdırmaq və qarşılıqlı əlaqələri dərinləşdirmək üçün fəal hərəkətə keçib. Bu xüsusda indi Azərbaycana da mühüm yer ayrılır. Məsələn, İranın xarici işlər naziri Mənuçöhr Möttəki bəyan edib ki, ölkəsi artıq Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib və yaxın vaxtlarda Bakının cavab addımı atacağını gözləyir. Onun sözlərinə görə, yaxın gələcəkdə İran və Gürcüstan da hər iki ölkənin vətəndaşları üçün viza rejimini aradan qaldırmağı planlaşdırır. İran vətəndaşlarının 43 ölkəyə vizasız gedişinə icazə veriləcəyi gözlənir. Mottəkinin İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana gözlənilən səfəri ərəfəsində bu məsələni qaldırması təsadüfi sayıla bilməz. Çox güman ki, ikitərəfli danışıqlar zamanı İranın qaldırdığı əsas məsələlərdən biri rəsmi Bakı tərəfindən viza rejiminin ləğvi olacaq. Ancaq Azərbaycanın bu təklifə hələlik müsbət cavab verəcəyi inandırıcı görünmür. Ona görə ki, Azərbaycanın Xarici İşlər Nazirliyi viza məsələsinə konkret aydınlıq gətirdi və bildirdi ki, Ermənistanla münaqişə aradan qalxmadan bu mümkün deyil. Bununla belə, Mahmud Əhmədinejadın Azərbaycana səfəri zamanı bu məsələni qaldıracağı və iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün konkret təkliflər irəli sürəcəyi gözlənir. Bu vəziyyətdə isə Azərbaycan İran və ABŞ arasında konkret seçim etməli olacaq. İrana qarşı sanksiyalarda iştirakla bağlı Azərbaycan ABŞ-ın müvafiq müraciətinə hansı cavabı verib və ya verəcək, bu hələlik bəlli deyil. Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirməyə tələsmir və müzakirələrin başa çatmasını gözləyir. Amma nazirliyin sözçüsü Elxan Poluxov "Azadlıq" radiosuna bildirib ki, Azərbaycan üzv dövlət kimi BMT-nin qəbul etdiyi qərarların hamısına hörmətlə yanaşır: "Azərbaycan BMT-nin üzvüdür və sözsüz, beynəlxalq aləmin məsul üzvü kimi biz BMT tərəfindən qəbul olunmuş qərarların hamısına hörmətlə yanaşırıq". Azərbaycanın İrandakı sabiq səfirlərindən olan Nəsib Nəsibli hesab edir ki, İranın nüvə dövləti olması Azərbaycanın maraqlarına ziddir və bu baxımdan da, İran narazı qalsa belə, Azərbaycan üzv olduğu qurumun sanksiyalarına qoşulmalıdır: "Əlavə gərginliyin yaranması arzu olunmasa belə, İranın nüvə dövlətinə çevrilməsi qarşısında Azərbaycan cürətli addım atmaq məcburiyyətindədir". Məsələnin iqtisadi tərəflərinə gəlincə, iqtisadçılar hesab edir ki, Azərbaycan İrana qarşı maliyyə sanksiyalarına qoşulacağı halda ən çox itirən İran olacaq. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, 2003-cü ildə Azərbaycan İrana 50 milyon dollarlıq mal göndərmişdisə, qarşı tərəfdən Azərbaycana 307 milyon dollarlıq mal idxal edilib. Sonrakı illərdə də bu tempin davam etdiyini deyən iqtisadçı düşünür ki, Azərbaycan İrana qarşı sanksiyaya qoşulacağı halda İranın iqtisadi və maliyyə baxımından itkiləri Azərbaycanla müqayisədə daha çox olacaq. Beynəlxalq sanksiyalara görə Tehran getdikcə daha çox emal olunmuş neft məhsulları qıtlığı yaşayır. Azərbaycan da İranın başqa bir potensial təchizatçısıdır. İranla Azərbaycanın illik ticarət dövriyyəsi ötən il 1 milyard dollar olub. İran rəsmiləri bu rəqəmi 10 dəfə artırmaq istəyir. Bəs, görəsən Azərbaycan gerçəkdən öz iqtisadi maraqlarını nəyə isə qurban verməlidirmi? Politoloq Ərəstun Oruclu deyir ki, Azərbaycan tərəzinin hər iki gözünə baxmalı və öz iqtisadi marağını dürüst müəyyən etməlidir. Ekspertin fikrincə, Azərbaycan, ən azı, BMT-nin Dağlıq Qarabağla bağlı sanksiyalarının icrasını tələb etdiyi üçün bunlara diqqətlə yanaşmalıdır. Bundan başqa, bu qətnamələrə riayət etməyən ölkə kimi ona qarşı da birtərəfli sanksiyalar tətbiq oluna bilər. Qeyd olunduğu kimi, Azərbaycanla yanaşı, ABŞ region ölkələrindən Ermənistanın da İrana qarşı sanksiyalarda iştirak etməsini istəyir. ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç "Azad Avropa" radiostansiyasına müsahibəsində bildirib: "Xəritəyə baxanda İranın Ermənistanın yaxın qonşularından biri olduğu aydın görünür. Son illər İran Ermənistanın bir çox sahələrdə problemlərinin həllində yaxından iştirak edir. Amma Birləşmiş Ştatlar İranın nüvə ambisiyalarından narahatdır. Biz, Ermənistan da daxil olmaqla, bütün BMT ölkələrinin Təhlükəsizlik Şurasının sanksiyalarına və tələblərinə əməl etməsini gözləyirik".
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var