SON XƏBƏRLƏR

İranda Amerikalı səyahətçilər məhkəmə qarşısına çıxarılacaq

2021.10.20, 07:36
İranda Amerikalı səyahətçilər məhkəmə qarşısına çıxarılacaq

Gunaz.tv

GünAzTv: İran hökuməti Bauer və Fattalı İranda casusluq etmək məqsədi ilə İraqdan sərhədi qanunsuz keçməkdə ittiham edir.

İranın kəşfiyyat naziri Heydər Moslehi iki amerikalı səyahətçinin məhkəmə qarşısına çıxarılacağı barədə məlumatı təsdiq edib. Nazir məhkəmənin nə vaxt keçiriləcəyi barədə heç nə deməsə də, İran mediasına idarəsinin Şeyn Bauer və Coş Fattal barədə dəlilləri məhkəməyə təqdim edəcəyini bildirib.

İran hökuməti Bauer və Fattalı İranda casusluq etmək məqsədi ilə İraqdan sərhədi qanunsuz keçməkdə ittiham edir. Onlarla birlikdə həbs edilən Sara Şourd keçən ay 500,000 dollar müqabilində zaminə buraxılıb.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton iki gün öncə  deyib ki, İran Vaşinqtona Bauer və Fattalın məhkəməsinin noyabrın 6-da keçiriləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar