SON XƏBƏRLƏR

İranla Venesuella dünyaya yeni düzən verəcəklər!

2021.10.20, 07:36
İranla Venesuella dünyaya yeni düzən verəcəklər!

Gunaz.tv

GünAzTv: İranda rəsmi səfərdə olan Venesuellanın prezidenti Uqo Çaves İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşüb.

Görüşdən sonra açıqlama verən Əhmədinejad hər iki ölkənin yeni dünya nizamı üçün əməkdaşlıq edəcəyini bildirib. "Ölkələrimiz yeni bir dünya nizamının yaradılması səyləri üçün əməkdaşlıq edir. Yeni sistemin qlobal münasibətlərində qərbin təzyiqləri aradan qaldırılacaq". Uqo Çaves isə açıqlamasında İran və Venesuellanın inkişaf etməsinin qarşısını almaq üçün göstərilən bütün səylərin uğursuzluğa düçar olacağını deyib. Çaves həmçinin ABŞ-da (Amerika Birləşmiş Ştatları) imperialist olmaqda ittiham edib.

 

Qeyd edək ki, Uqo Çavesin 2 günlük İran səfərinin prioritet məsələləri neft, təbii qaz, petrokimya sahələrində aparılacaq əməkdaşlıq olub. Hər iki liderin iştirak etdiyi və TV vasitəsilə birbaşa yayımlanan tədbirdə 11 ədəd iqtisadi və ticari əməkdaşlıq müqaviləsi imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar