SON XƏBƏRLƏR

Bir qrup Urmulu fəal “Qırmızı Simgə” barədə dəstək bəyanatı yayıb

2021.10.20, 07:36
Bir qrup Urmulu fəal “Qırmızı Simgə” barədə dəstək bəyanatı yayıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Urmu şəhərinin bir qrup milli-mədəni fəalları “Qırmızı Simgə” və onun ətrafında gedən söhbətlərə münasibət bildiriblər.

 

Yayılan bəyanatın bir hissəsində deyilir ki, “biz “Qırmızı Simgə” ətrafında gedən müvafiq və müxalif fikirləri izləyib, Azərbaycan türk millətinin tarixi həqiqətlərini və  milli hərəkatda təmsil olunan siyasi qrupların vahid ünsür ətrafında birləşməsi zərurətini nəzərə alaraq Qırmızı rəngi Azərbaycan türk millətinin milli mübarizəsinin simgəsi kimi seçilməsini çox əhəmiyyətli qiymətləndirib və öz dəstəyimizi elan edirik.

 

Həmçinin biz inanırıq ki, “Qırmızı Simgə” digər tarixi dəyərlər və qara ay-ulduzlu simgə ilə ziddiyət təşkil etmir. Biz bunların hər ikisinində öz zərurətinə və daşıdığı əhəmiyyətinə inanırıq.

 

Bəyanatın digər hissəsində qeyd olunur ki, biz əksəriyyətin rəyi qarşısında müqavimət göstərənləri demokrasi əsasında hərəkət edib və polemikadan çəkinməyə çağırırıq.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar