SON XƏBƏRLƏR

İnzibati Komitə Əhməd Ağayinin təhsilini 2 semestr təxirə salıb

2021.10.20, 07:36
İnzibati Komitə Əhməd Ağayinin təhsilini 2 semestr təxirə salıb

Gunaz.tv

GünAzTv: Universitetlərin İnzibati Komitələri təhsil mühitini öyrəncilər üçün, həbsdə saxlanılan  digər milli-mədəni fəallar kimi başqa bir zindana çevirib.

 

Son dönəmlərdə azərbaycanlı öyrənci icmalarının qapadılması, öyrənci mətbuatının dayandırılması və onların təhsildən kənarlaşdırılması get-gedə adi hala çevrilməkdədir.

 

Universitetlərin öyrənci soydaşlarımıza qarşı tətbiq etdiyi təzyiqlər sırasında Əhməd Ağayinində adı çəkilməyə başladı. İnzibati komitə onun 2 semestr (term) təhsilini təxirə salıb. Bu qərar komitənin nəzərdə tutduğu şərtlərin pozulduğu halda təhsildən məhrum edilmə ilə dəyişilə bilər.

 

Əhməd Ağayi azərbaycanın milli-mədəni fəallarından biridir. O Həmədan Buəli Sina universitetinin türk ocağının sabiq müdiri və “Ildırım” dərgisinin keçmiş müdir-məsuludur.

 

Cənab Ağayi milli hüquqlarımızın təmini uğrunda etdiyi fəaliyyətlərə görə dəfələrlə rejim tərəfindən təzyiqlərə məruz qalıb və uzun müddət təknəfərlik kamerada hənsdə saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar