SON XƏBƏRLƏR

Dmitri Medvedev: Türkiyə ilə Rusiya arasındakı əlaqələr strateji səviyyəyə çatıb

2021.10.20, 07:36
Dmitri Medvedev: Türkiyə ilə Rusiya arasındakı əlaqələr strateji səviyyəyə çatıb

Gunaz.tv

Rusiya prezidenti Dmitri Medvedev Türkiyə ilə Rusiya arasındakı əməkdaşlığın aktiv şəkildə inkişaf etdiyini, strateji səviyyəyə çatdığını söyləyib.

 

Medvedev Türkiyənin Moskvadakı səfiri Aydın Adnan Sezginin də aralarında olduğu 13 ölkənin yeni Moskva səfirlərinin etimadnamələrini Kreml Sarayındakı mərasimlə qəbul edib.

 

Rusiya prezidenti "Türkiyədə qurmağı planlaşdırdığımız ilk atom elektrik stansiyası, Samsun-Ceyhan neft kəməri və "Cənub Axımı" qaz kəməri layihəsi çərçivəsində birgə çalışmaların və bu kimi böyük layihələrin əməkdaşlıq üüfüqlərimizi genişləndirəcəyinə əminəm" deyib. Medvedev Türkiyə ilə həyata keçirməyi planlaşdırdıqları enerji layihələrinin bütövlükdə Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyini bildirib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar