SON XƏBƏRLƏR

Çeçenistan parlamentində qanlı terror aktı (yenilənib)

2021.10.20, 07:36
Çeçenistan parlamentində qanlı terror aktı (yenilənib)

Gunaz.tv

GünAzTv: Çeçenistan parlamentində törədilən terror aktı nəticəsində ən azı üç nəfər ölüb, 13 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, 9 saylı Qroznı şəhər xəstəxanasına 13 yaralı və 3 meyit gətirilib.

Xəstəxananın əməkdaşı gətirilən yaralıların sayının artacağını istisna etməyib. Xatırladaq ki, Çeçenistan parlamentində hücum edən terrorçuların zərərsizləşdirilməsi ilə bağlı xüsusi əməliyyat bir qədər əvvəl başa çatıb. İlkin məlumata görə, əməliyyat zamanı 3 terrorçu öldürülüb. Digər mənbələr isə bir terrorçunun sağ qaldığını, bir neçə nəfəri girov götürərək binadakı otaqlardan birində gizləndiyini bildirir. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, əməliyyat zamanı binaya soxulmuş üç terrorçu öldürülüb. Daha bir mənbə isə hələlik terrorçulardan birinin sağ olduğunu və müqaviməti davam etdirdiyini bildirir. Girov saxlanan və əməliyyat zamanı öldürülən şəxslərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.Xatırladaq ki, parlamentin ərazisində terror aktı bu gün səhər həyata keçirilib. Maşınla parlamentin binasına girən terrorçulardan biri üzərinə bağladığı şəhid kəmərini işə salaraq özünü partladıb. Digər terrorçular binaya girərək insanları girov götürüblər. Atışma parlamentin spikeri Dukuvaha Abdurrahmanovun kabinetinin yaxınlığında olub. Spiker sağ qalıb və dərhal mühafizəçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

“Çeçenistan parlamentində keçirilən xüsusi əməliyyatın gedişində üç terrorçu öldürülüb, iki milis əməkdaşı və parlamentin bir işçisi həlak olub”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Çeçenistanın dövlət başçısı Ramzan Kadırov verib. Onun sözlərinə görə, terrorçular saat 09.45-də parlamentin mühafizəçilərinə atəş açıblar. Atəş nəticəsində iki milis əməkdaşı və parlamentin təsərrüfat müdiri həlak olub. Kadırov xüsusi əməliyyatın 15-20 dəqiqə davam etdiyini və əməliyyata 12 xüsusi təlim keçmiş OMON əməkdaşının cəlb olunduğunu bildirib. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev də terrorçuların parlamentin binasına soxulmaq cəhdinin baş tutmadığını bəyan edib: “Onlar istəklərinə nail olmayıblar. Daxili işlər orqanlarının əməkdaşların terrorçuların binaya soxulmaq cəhdinin qarşısını alıb. Təəssüf ki, itkisiz ötüşmək mümkün olmayıb. Üç nəfər həlak olub, üç nəfər əməkdaşımız isə xəstəxanadadır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar