SON XƏBƏRLƏR

Ərdəbildə Qulabi qardaşlarının evində axtarış aparılıb

2021.10.20, 07:36
Ərdəbildə Qulabi qardaşlarının evində axtarış aparılıb

Gunaz.tv

GünAzTv: Dünən oktyabr ayının 18-də (Mehr ayının 26-ı) saat 17:00 radələrində Ərdəbil ETTELAATı (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları Mehdi və Rəhim Qulabi qardaşlarının ev və mağazalarında axtarış aparıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Araz news”-a istinadən yaydığı məlumata görə, Axtarış aparan ETTELAAT əməkdaşları məhkəmə hökmünü təqdim etməyiblər. Onlar adını çəkdiyimiz qardaşlara aid kompüter keysi, kitab, CD və bir sıra şəxsi əşyalar özləri ilə aparıblar.

 

Qulabi qardaşları Təbrizin səhənd stadyomunda (stadion) keçirilən "Traxtur-Neft" müsabiqəsi zamanı yaxalanıb və bir gün ETTELAAT təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüblər.

 

Adını çəkdiyimiz qardaşların ittihamı "Türk dilində mədrəsə", "Yaşasın Azərbaycan" və bu kimi şüarlar səsləndirib və plakat daşımaqdan ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar