SON XƏBƏRLƏR

Azərbaycanlı fəalın məhkəməsi keçirilib

2021.10.20, 07:36
Azərbaycanlı fəalın məhkəməsi keçirilib

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Təbrizin “Traxtur” futbol komandasının azarkeşi Hüseyn Məhəmmədi Əlvarın məhkəməsi keçirilib.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Təbriz məhkəməsi qapalı iclasda fəalı dövlət quruluşuna qarşı çıxmaqda, ümumi asayişi pozmaqda və qanunsuz təşkilatlarla əməkdaşlıqda təqsirli bilib. Ancaq fəala hansı hökm çıxarıldığı barədə xəbər yoxdur.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Hüseyn Məhəmmədi Əlvarı milli zəmindəki fəaliyyətlərinə görə bu ilin may ayında tutmuş, 29 gün sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar