SON XƏBƏRLƏR

İranda həbsdə saxlanılan İran əsilli amerikalı alim azad edilib

2021.10.20, 07:36
İranda həbsdə saxlanılan İran əsilli amerikalı alim azad edilib

Gunaz.tv

GünAzTv: İran əsilli alim Rza Təğəvi Tondər qruplaşması ilə əlaqəsinə görə azadlıqdan məhrum edilmişdi. Bu təşkilat hazırkı rejimi devirmək planında günahlandırılır. Rəsmi Vaşinqton alimin azad edilməsini alqışlayıb.

Tehranın azadlığa buraxdığı iranlı amerikalı biznesmen İranın zorakı müxalifət qrupu ilə əlaqəsi olduğunu rədd edib. Rza Təğəvi Tehranda 29 ay saxlandığı Evin həbsxanasından çıxdıqdan bir gün sonra dünən açıqlama verib. 71 yaşlı Təğəvi 2008-ci ildə İran paytaxtında bir nəfərə 200 dollar pul verdiyi etiraf edib, amma deyib ki, pulu ona tanışı verib və kiminsə hər hansı bir terrorçu təşkilatla əlaqəsi olduğu haqda heç bir şey bilməyib. İran rəsmiləri Təğəviyə qarşı cinayət işi qaldırmayıblar. Onlar deyir ki, pulu alan Tondər qrupu 2008-ci ildə Şirazdakı məsciddə həyata keçirilən bomba partlayışında günahlandırılır. Azadlığa buraxılmaq üçün şərt kimi Təğəvi İranı tərk etməmişdən əvvəl partlayışın baş verdiyi əraziyə baş çəkməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar