SON XƏBƏRLƏR

Azərbaycanlı jurnalist azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı jurnalist azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı jurnalist, Ərdəbil Mehr Həftəliyinin türkcə səhifəsinin məsulu cənab Rəhim Qulami  azadlığa buraxılıb.

 

O 2010-cu il oktyabr ayının 15-də (1389-cu il Mehr ayının 23-ü) 1 il həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı jurnalist 2008-ci il aprel ayının 10-da (1387-ci fərvərdin ayının 22-i) Ərdəbil ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən öz evində tutuqlanıb.

 

Cənab Qulami Ərdəbil məhkəməsi tərəfindən milli təhlükəsizliyi pozmağa çalışan qruplarda üzv olmaqda ittiham edilib və sürgün edilməklə birlikdə 5 il Həmədan zindanında həbs cəzasına məhkum edilmişdi.

 

Bir müddət sonra isə Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) birinci ittihamı rədd edərək Qulamini sistemin əleyhində təbliğdə ittiham edib və onu bir il müddətinə azadlıqdan məhrum etmişdi.

 

Cənab Qulami Ərdəbil zindanında bir il müddətində zindan rəisi tərəfindən təhqirlərə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar