Çin İrana kəşfiyyat dəstəyini dayandırıb- Xərratiyan
Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
GünAzTv: Ermənistanda müxalifətin dünən keçirdiyi etiraz mitinqi orada çıxış edən Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın uzun niqti və hakimiyyətin sərt tənqidi ilə yadda qalıb.
Müxalifətin korrupsiya ilə vuruşmağa məcbur olduğunu deyən eks-prezident bildirib ki, hakimiyyətdə 27 oktyabr 1999-cu il cinayət hadisələrindən sağ qalan dəstə idarəçilik sistemini ələ keçirib. Bu barədə SİA “news.am” xəbər agentliyinə istinadən xəbər yayıb.
Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə Ermənistanda Qarabağ klanını hakimiyyətə gətirən hadisə, parlament gülləbaranı baş vermişdi. Hadisə vaxtı baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçiyan və başqa 6 rəsmi də həlak olmuşdu. O vaxtki prezident Robert Köçaryanın apardığı danışıqlardan sonra yaraqlılar girov götürdüyü deputatları azad edib təslim olmuşdular və sonradan ömürlük həbs edilmişdilər.
Həmin hadisədən sonra dövlətin inkişafının da qarşısının alındığını söyləyən Erməni Milli Konqresinin lideri bildirib ki, ölkə həyatına əlavə olunan kukla partiyalar, psevdo ziyalılar, elektron media hökumət orqanlarına dəstək verir, başqa sözlə cinayətdə şərikdirlər: “Azad mətbuat olarsa, korrupsiya da olmaz. Misal olaraq deyə bilərəm ki, kölgə iqtisadiyyatı müxtəlif səbəblərdən hakimiyyətlərin nəzarətindən kənarda qalır. Hər halda, mən bunu deməyə cəsarət edirəm ki, faktiki olaraq Ermənistanda heç bir kölgə iqtisadiyyatı yoxdur. Bizim hökumət orqanlarımızın diqqətindən heç nə qaçmır və heç bir kölgə iqtisadiyyatı onların xəbəri olmadan mövcud ola bilməz. Bütün iqtisadi fəaliyyətləri cinayətkarlar istiqamətləndirir və bir mərkəzdən idarə olunur. Ona görə də, hesab edirəm ki, bu kölgə iqtisadiyyatı deyildir, ancaq soyğunçuluq və ya dövlət reketçiliyidir. Ermənistanın iki büdcəsi var. Biri rəsmİ şəkildədir, rəqəmlər xalqa açıqlanır. İkinci büdcə isə hakimiyyət səlahiyyətlilərinin cibindədir. İkinci birincidən daha da böyükdür. Əgər büdcənin yarısı oğurlanılmazsa, ölkəmizin büdcəsi 2,5 milyard ABŞ dolları əvəzinə 5-6 milyard dollar olar. Başqa sözlə, orta əmək haqqı 283 dolların əvəzinə 566 dollar olması mümkündür. Bir sözlə, aylıq əmək haqqı və ya təqaüd bizim hər birimizdən oğurlanır”.
Əmlak bərabərsizliyin getdikcə daha təhlükəli hal aldığını diqqətə çatdıran Petrosyan vaxt keçdikcə varlıların daha varlı, kasıbların isə daha kasıb olduğunu vurğulayıb. İnsanların ölkəni tərk etməkdən başqa bir seçimi qalmadığını söyləyən eks-prezident bildirib ki, yırtıcı hökumət orqanları tərəfindən həyata keçirilən tədbirlər, etdiyi soyğunçuluq yalnız öz yaxınlarının rifahını yüksəltmək məqsədilə edilir. O, türklərə və azərbaycanlılara yönələn bəyanatların da lovğa sözlər olduğunu qeyd edib: “Bütün bu həyasızlıq vətənpərvərliyin, milli maraqların əleyhinədir. Soyqırımın tanınması Qarabağın müstəqilliyi şüarları ilə pərdələnir, lovğa sözlərlə türklərə və azərbaycanlılara bəyanatlar ünvanlanır. Hər halda bu aydındır ki, onlar üçün vətən yalnız işğal olunmuş ərazidir, ictimai maraqlar, şəxsi fayda, soyqırımın tanınması və Qarabağın azad olması qeyri-qanuni məqsədlər üçün ən ucuz sikkədir. Bu aydındır ki, 5-6 milyard dollar real büdcəmiz ola bilər. Təqaüdlər, ictimai sektorların maliyyələşməsi, eyni zamanda ordunun, səhiyyənin, təhsilin, elm və mədəniyyətin maliyyələşməsinə ayrılan vəsait artırılmalıdır. Hətta rəsmən elan edilmiş büdcə də talanır, xüsusi xatırlatmaya ehtiyac görmürəm. Xalq talan edilməsəydi, yaxşı bir ölkədə yaşayardıq, insanlarımız ölkədən qaçmazdı. Hamımız bunu başa düşürük, ölkəmizi qarət edirlər. Niyə insanlar kasıblıqda yaşamalıdırlar? Niyə insanlar başqa ölkələrə qaçmağa məcbur olurlar? Bunların hamısına dözmək millətin şərəfinin çatışmazlığını qəbul etməyini göstərir, bu faciədir”.
Korrupsiyanın Ermənistan hakim dairələrini əhatə etdiyini deyən Levon Ter-Petrosyan bildirib ki, bir başqa formada olmasına baxmayaraq, bu bütün ictimai müəssisələrdə də mövcuddur: “Korrupsiya məktəblərə də nüfuz etmişdir. Hansı ki, bu nəsillərin təhsilinə dağıdıcı təsir edir. Xarici dil məktəblərinin açılışı bu sferada korrupsiyanı əbədiləşdirmək tendensiyanı dərinləşdirəcək”.
Müxalifət lideri hesab edir ki, qarşısıalınmaz korrupsiya mürəkkəb mexanizmlərin nəticəsidir. Onun fikrincə, aşağıdakı məqamlar bu mexanizmin təşkilində iştirak edir:
- iqtisadiyyatın demək olar ki, tam inhisarlaşması, xüsusilə idxalda,
- dövlət mülkiyyətinin satış qiymətlərinin bazar qiymətlərindən aşağı olması,
- Saxta aksion və tenderlərin keçirilməsi,
- milli valyutanın süni şəkildə revalvasiyası,
- pul vahidinin stabilliyini saxlamaq üçün milli ehtiyatların xərclənməsi,
- statistik məlumatların manipulyasiyaları,
- idxalda kvota bölgüsü,
- iri kapitalı vergidən kənarda saxlamaq üçün kiçik və orta sahibkarlığın üzərinə əlavə vergi yükünün qoyulması,
- şübhəli fondların müxtəlifliyinin yaranması və əlavə büdcə hesablarının açılışı
- gündəlik tələbat mallarının qiymətlərində süni artımlar,
- xarici cinayətkarlar və mafiya qrupları ilə əməkdaşlıq,
- sərhədlərdən uzaqda kölgə razılaşmaları,
- qohumların adından işgüzar fəaliyyət növləri.
Petrosyan qeyd edib ki, Qərbin erməni hakimiyyətinin cinayətkarlığına göz yumması erməni xalqına qarşı cinayətdir: “Hakimiyyətin korrupsiya ilə vuruşmağa niyyəti yoxdur. Bu onlar üçün əlverişsizdir, bu onların maliyyə mənbələrinin yox olması ilə nəticələnər. Beynəlxalq təşkilatlar isə bu pis cəmiyyət ilə vuruşmağa laqeyddir. Hakimiyyət xalqın əlindən alınmış var-dövləti sadə adamlara qaytarmalıdır. Bu mövcud olan oliqarxların, böyük biznesmenlərin bütün vergiləri ödəməsi ilə baş verməlidir. Ermənistanda korrupsiya ştatını qəti şəkildə ləğv etmək mümkündür. Əgər hakimiyyət dəyişikliyi baş verməsə, bu fəlakətə gətirib çıxaracaq”.
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır