Çin İrana kəşfiyyat dəstəyini dayandırıb- Xərratiyan
Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
GünAzTv: 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. 19 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
Həmin il oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Aktada 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi kimi qiymətləndirilir. Əlavə edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab veriləcək. Eyni zamanda bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Konstitusiya Aktı ümumilikdə 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.Konstitusiya Aktının müəlliflərindən biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov deyir ki, birinci dəfə hazırlanan Konstitusiya Aktı onları qane etməyib: "İlk dəfə hazırlanan Konstitusiya Aktı bizi tamam qane etmədi. Çünki orada müstəqiliyyə təminat verən müəddalar yox idi. Ona görə də biz tələb etdik ki, akt yenidən işlənsin və yazılsın. Müstəqilliyə təminat verən müddəalar aktda öz əksini tapmalıdır. İsrarlı tələblərdən sonra yeni komissiya yarandı. O vaxt Ali Sovet komissiyanın tərkibini seçmişdi. Ancaq sədr müəyyən olunmamışdı. Ali Sovetin Rəyasət Heyəti bu məsələni müzakirə edib və qərara gəliblər ki, məni sədr seçsinlər. Ziyad Səmədzadə gəldi, dedi ki, Rəyasət Heyəti səni məsləhət görüb, ancaq bir şərtimiz var. Şərt də budur ki, Konstitusiya Aktında Sovet İmperiyası, sovet əsarəti, Azərbaycanın işğalı kimi ifadələrdən istifadə olunmamalıdır. Ancaq mən bu şərtlə razılaşmadım və dedim ki, bu rəsmi sənəddir, bütün məqamlar burada öz əksini tapacaq. Ziyad Səmədzadə güldü və dedi ki, "bilirəm, siz ağıllı oğlansınız belə şey eləməzsiniz". Cavab verdim ki, elə ağıllı oğlan oldğuma görə belə edəcəyəm. İstəmirsinizsə, mən imtina edirəm, gedin başqa sədr seçin. Rəyasət Heyəti artıq qərar qəbul etdiyindən geriyə yol yox idi. Nəsə, Konstitusiya Aktını hazırlamağa başladıq, kommunist çoxluq bir çox məqamlara etiraz edirdi, deyirdilər ki, SSRİ hələ yaşayır, onun əleyhinə nəsə yazmaq olmaz, müstəqillik haqda qeydlərin olması mümkün deyil. Amma bütün müqavimətlərə, etirazlara baxmayaraq biz nə lazımdırsa onu da yazdıq. Onu da yazdıq ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ali Sovetdə müzakirələr zamanı da "Komblok" çox müqavimət göstərirdi. Hətta çıxıb foyedə gizlənirdilər ki, səsverməyə qatılmasınlar. Biz də vəziyyətdən çıxış yolu kimi təklif etdik ki, səsvermə adbaad olsun. Hətta onları bir növ hədələdik də, dedik ki, burada baş verənlər tarixə düşür, siz müstəqilliyin əleyhinə olduğunuz üçün Azərbaycan xalqı qarşısında cavab verəcəksiniz. Yalnız bundan sonra uğurlu nəticə əldə etmək mümkün oldu. Təxminən 100 nəfər isə ümumiyyətlə qaçmışdı, iclasa gəlməmişdi. 258 nəfərin böyük əksəriyyəti Konstitusiya Aktına səs verdi. İndi qəzetlərdə yazırlar ki, 31 nəfər Konstitusiya Aktının əleyhinə səs verib. Bildirmək istəyirəm ki, həmin deputatların böyük əksəriyyəti həmin gün iclasda iştirak edib, aktın lehinə səs verib. Onlar SSRİ-nin saxlanılmasının əleyhinə səs verməyiblər, bu isə 7 mart 1991-ci il tarixinə təsadüf edir. Hələ də yadımdadır, səs vermədən sonra alqışlardan qulaq tutulurdu, insanlar göz yaşlarını saxlaya bilmirdilər. Xalq isə Ali Sovetin ətrafında yığışmışdı. Xalq da Konstitusiya Aktının qəbul edilməsini böyük şadyanalıqla bayram elədi. Mən tribunadan düşəndə gördüm çıxış etmək istəyənlərin böyük bir növbəsi var: İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə çıxış etdilər ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi günün qeyd olunmasıyla bağlı qərar qəbul edək. Təklif dəstəkləndi və belə bir qərar qəbul olundu. Xalqın böyük birliyi yarandı. Amma sənədi prezident imzalamalıydı, nəsə bu prosesi yubadırdılar. Ali Sovetdə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışan Şahin Əliyev vasitəsilə müəyyənləşdirə bildik ki, bizim qəbul etdiyimiz Konstitusiya Aktında prezidentin göstərişiylə çox ciddi dəyişikliklər edilib, böyük təhriflər var. Doğrudur, Şahin Əliyevin köməkliyilə müəyyən məqamları düzəltdik, ancaq akt yenə də qəzetdə ciddi təhriflərlə dərc edildi. Mən məsələni Ali Sovetdə qaldırdım, böyük qalmaqal yaşandı, deputatlar bildirdilər ki, bu böyük cinayətdir. Bunu kim edibsə onun haqqında cinayət işi qaldırmaq lazımdır. Ali Sovetdə Tofiq Bağırovun sədrliyilə komissiya yarandı, bizim hazırladığımız layihəni, stenoqramı qəzetdə çap olunanla tutuşdurdular, bəlli oldu ki, doğrudan da ciddi dəyişikliklər edilib. Ali Sovet məsələni müzakirəyə çıxardı və qərar qəbul olundu ki, əsl mətn bərpa edilsin". Hacıbaba Əzimov Konstitusiya Aktının qəbulunun tarixi əhəmiyyətindən danışdı: "Konstitusiya Aktının qəbul olunmasından sonra dərhal Türkiyə bizi tanıdı. Daha sonra Ruminiya, Pakistan, İran Azərbaycanın müstəqilliyini tanımaq qərarı verdilər. Martın 2-də isə BMT bizi suveren dövlət kimi tanıdı, bu təşkilatın üzvü olduq. Dərhal Azərbaycan Respublikasının Avropa tipli parlamentini yaratdıq. Bu, həmin aktın tələblərindən irəli gəlirdi. Həmin Milli Məclis müstəqil Azərbaycan Respublikasının qanunvericilik bazasını yaratdı. Dövlətin bütün atributları təsdiq olundu. Azərbaycanın hüquqi dövlət kimi fəaliyyət göstərməsi üçün geniş imkanlar yarandı. Konstitusiya Aktının 32-ci maddəsində qeyd olunur ki, Azərbaycanın yeni konstitusiyası bu aktın prinsipləri əsasında hazırlanmalıdır. İndiki konstitusiyanın giriş hissəsində yazılıb ki, bu konstitusiya 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Konstitusiya Aktının prinsiplərini əsas götürərək referendum yolu ilə qəbul edilir. Azərbaycanda hakimiyyətin bölgüsü məsələsi ilk dəfə olaraq bu aktla müəyyənləşdirildi". VAMBP-nın sədri deyir ki, bu gün Konstitusiya Aktı yaddan çıxıb: "Təəssüf ki, bu gün Konstitusiya Aktı tamam yaddan çıxıb, məktəblərdə keçmirlər, hətta ali məktəblərin hüquq fakültələrində də bu barədə məlumat verilmir. O vaxt bir-iki dəfə çap olunub, ondan sonra üzərinə yekə bir daş qoyublar. Bu da ki yaxşı iş deyil". Ağa Cəfərli. Xalq Cəbhəsi
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır