SON XƏBƏRLƏR

Daha bir xarici neft şirkəti İrana qarşı sanksiya tətbiq etməyə başladı

2021.10.20, 07:36
Daha bir xarici neft şirkəti İrana qarşı sanksiya tətbiq etməyə başladı

Gunaz.tv

GünAzTv: Yaponiyanın ən iri neft şirkəti olan “İnpeks” (İnpex) İranın “Azadeqan” neft yatağındakı fəaliyyətini dayandırıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, bununla bağlı oktyabrın 15-də şirkətin sözçüsü jurnalistlərə açıqlama verib: “Yaponiya hökuməti ilə xeyli məsləhətləşəndən sonra “Azadeqan”la bağlı layihədən çıxmaq qərarına gəldik. Bizim şirkət “Azadeqan” neft yatağı ilə bağlı nəhəng layihəyə 153 milyard dollar sərmayə qoymuşdu. Lakin bu layihədən çıxmaq şirkətimizin gəlirlərinin həcminə o qədər də böyük təsir etməyəcək”.

 

“İnpeks” şirkəti İranın Əhvaz şəhərindəki “Azadeqan” neft yatağının genişləndirilməsi layihəsinə 2001-ci ildə qatılmışdı.

 

İki həftə əvvəl Yaponiyanın “Kioto” xəbər agentliyi hökumət mənbələrinə istinadla “İnpeks”in İranla əməkdaşlığı da

yandıracağını bildirmiş, bunu ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar