SON XƏBƏRLƏR

İstanbulda “Dünya Türk Forumu” keçiriləcək

2021.10.20, 07:36
İstanbulda “Dünya Türk Forumu” keçiriləcək

Gunaz.tv

GünAzTv: Qardaş ölkənin İstanbul şəhərində təşkil olunacaq forumda 60 ölkədən nümayəndə iştirak edəcək.

 

Oktyabrın 20-22-də İstanbulda “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu keçiriləcək.

 

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə təşkil olunacaq tədbirdə 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edəcək.

 

Açılış mərasiminə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qatılacaq. Forum çərçivəsində müxtəlif mövzularda seminarlar da keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar