SON XƏBƏRLƏR

Azərbaycanda yaşayan Axısxalı Türklərinin Vətən Cəmiyyətinin növbəti qurultayı keçirildi

2021.10.20, 07:36
Azərbaycanda yaşayan Axısxalı Türklərinin Vətən Cəmiyyətinin növbəti qurultayı keçirildi

Gunaz.tv

GünAzTv: Oktyabr ayının 9-u və 10-u Axısxalı türklərin toplum yaşadığı bölgədə,Saatlı rayonunun Fətəlikənd kəndində “Vətən” cəmiyyətinin sayca VII Qurultayı keçirildi.

Qurultayın gündəliyində əsas məsələ kimi Cəmiyyətə yeni sədrin seçilməsi qoyulmuşdu.Sədrliyə namizədlər Fəzli Əşrəfov, Ərzuman Əlləzov, İbrahim Məmmədov, Abdul Ağaliyev, Kamal Beridze, Yusif Səfərov, Şəmsəddin

Sərvərov idi.əvvəlcə qurultay iştirakçılarına özlərini təqdim etmələri üçün söz namizədlərə verildi. Qızğın keçən qurultaydan sonra səsvermə başlandı.Qurultay 2 gün davam etdiyindən nəticələr son gün açıqlandı.Son nəticələrə görə Axısxalı türklərin “Vətən”cəmiyyətinin yeni sədri  Sərvərov  Şəmsəddin Rəşəddin oğlu oldu.

O, 1968-ci ildə Saatli rayonu,Fətəlikənd kəndində anadan olub,orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub,ixtisasca diş həkimidir.

“Vətən” cəmiyyətinin yeni sədinin  verdiyi müsahibədə o, bildirib:

Yeni dönəmdə  axısxalı türklər haqlı mücadilələrinə davam edəcəklər.Bizlərin sürgün olduğumuz vətənimizə geri qayıtmağımız ən böyük haqqımızdır.Bu istiqamətdə gərəkən hər şeyi həyata keçirməyə çalışacağıq. Gürcüstan hökümətinin Avropa birliyi qarşısında götürdüyü öhdəliyin başa çatmasına bir il qalıb.Biz millətimizin ata və baba torpaqlarına ən layiqli şəkildə dönmələri üçün,Gürcüstan dövlətinin bunu ən gözəl şəkildə icra etməsi üçün hökümət nümayəndələri ilə sıx əməkdaşlıq və işbirliyi içərisində olacağıq.

Döndükdən sonra isə biz Gürcüstanı öz vətənimiz bilərək,Gürcüstan dövlətinin milli atributlarına sayqılı bir şəkildə vətənimizdə yaşayacağıq.O, əlavə olaraq onu da qeyd etdi ki, köçümüzü tələb etmə sürəsində biz  Türkiyə və Gürcüstan, Gürcüstan və Azərbaycan, Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirmədən bu mücadiləmizə davam edəcəyik. Mövlud AXISXALI

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar