SON XƏBƏRLƏR

“Traxtur-Neft” müsabiqəsində tutuqlanan daha bir neçə soydaşımızın kimliyi müəyyənləşib

2021.10.20, 07:36
“Traxtur-Neft” müsabiqəsində tutuqlanan daha bir neçə soydaşımızın kimliyi müəyyənləşib

Gunaz.tv

GünAzTv: Bazar günü oktyabr ayının 10-də (Mehr ayının 18-i) Təbrizin səhənd stadyomunda (stadion) Tehranın “Neft” komandası ilə Təbrizin “Traxtur” taxımı arasında keçirilən futbol müsabiqəsində ən azı 15 nəfər tutuqlanıb.

 

Onlardan bir neçəsinin adını keçmiş xəbərlərimizdə açıqlamışdıq. Müsabiqə bitdikdən sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları stadyom ətrafında “Traxtur” tərəfdarlarına hücum edib, onları döyərək yaxalayıblar.

 

Tutuqlanan soydaşlarımızı ETTELAAT əməkdaşları sorğu-suala tutduqdan sonra oktyabr ayının 12-də (Mehr ayının 20-i) Təbriz məhkəməsinə (Hakim Haşimzadə) göndəriblər.

Hakim onlardan bir neçəsini mülki vəsiqə qarşılığında azadlığa buraxıb, qalanlarını isə Təbrizin mərkəzi zindanına göndərib.

 

Kimliyi müəyyənləşən tutuqlular:

 

-Vəi Rövşəni (24 yaşlı – evli - Şəbistərli)

- Həsən Xoy Uşağı (Xoylu)

- Həmid Haşimi

- Kərim Tiri (25 yaşlı – Şəbistərli)

-Behnam Nurməhəmmədi (25 yaşlı – Şəbistərli – universitet öyrəncisi)

- Rəhim Qulabi ( Ərdəbilli)

- Mehdi Qulabi (Rəhim Qulabinin qardaşı – Ərdəbilli)

-Rəhim Fori (Təbrizli )

-Hüseyn Purfəyyaz (Təbrizli)

- Səid Hüseynzadə (Təbrizli)

- Həsən Rəncbər (Təbrizli)

- Cənab Nocəvan və ...

 

Müsabiqə boyu “Traxtur” tərəfdarları əllərindəki plakatlar və “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə” və ... kimi şüarlar səsləndirərək Azərbaycan türk millətinin milli hüquqlarını tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar