SON XƏBƏRLƏR

Şərqdə yeni hərbi ittifaq yaranır?

2021.10.20, 07:36
Şərqdə yeni hərbi ittifaq yaranır?

Gunaz.tv

GünAzTv: İsrailin «Debka» kəşfiyyat saytı Çin, Türkiyə, Suriya və İranın ittifaqı qurmaq istədiyini yazıb.

 

İsrail kəşfiyyat saytı olan «Debka» Çinin Türkiyə, Suriya və İranla hərbi və kəşfiyyat sahəsində ittifaq qurmaq istədiyini iddia edərək bir gün əvvəl Şama səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədlə bu mövzunu müzakirə etdiyini xəbər verib.

 

İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan «Debka» saytı Ərdoğan və Əsədin kürd probleminindən daha çox bu mövzunu müzakirə etdiklərini vurğulayıb. «Debka» Çini nəzərdə tutaraq «Yaxın Şərqdə yeni oyunçu Vaşinqton və Yerusəlimi hədəfləyib. Hərbi qaynaqlara görə, Suriya lideri Bəşər Əsədlə görüşən Ərdoğan kürd problemindən çox, Çinin Türkiyə, Suriya və İranla qurmaq istədiyi hərbi və kəşfiyyat ittifaqı barədə danışıb» deyə yazıb. Baş nazir Ərdoğanın Çinin iştirakından faydalanmaq istədiyini irəli sürən kəşfiyyat saytı Çin döyüş təyyarələrinin «Anadolu Qartalı» manevrində yer alıb İrandan yanacaq götürməsinin də son proseslərin bir parçası olduğunu iddia edib. «Debka» saytı «Anadolu Qartalı» manevrinə qatılmaq üçün Türkiyəyə gələn Çin «Su-27» və «Miq-29» təyyarələrinin, İranın Birand şəhəri yaxınlarında «Qayem Əl-Məhəmməd» hərbi bazasında yanacaq götürməsini xatırladaraq Çin pilotların bu zaman şəxsən İran Hava Qüvvələrinin komandanı general Əhməd Miqani tərəfindən qarşılandığını iddia edib. Sayta görə, Çin döyüş təyyarələri Türkiyə ilə ilk dəfə ortaq manevr keçirdiyi kimi İrandan da ilk dəfə yanacaq götürüb.  Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar