SON XƏBƏRLƏR

Əhmədinejad Beyruta səfər edib

2021.10.20, 07:36
Əhmədinejad Beyruta səfər edib

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejadın Livana  (Lübnan) ikigünlük səfəri başlayıb. Səfər çərçivəsində Əhmədininejadın Livan rəsmiləriylə yanaşı «Hizbullah» təşkilatı rəhbəri Şeyx Həsən Nəsrullahla da, görüşü nəzərdə tutulub.

 

 Livana yola düşməzdən öncə Tehranda mətbuat konfransı keçirən İran prezidenti səfərin məqsədinin ikitərəfli münasibətlərin inkişaf etdirmək olduğunu bildirib. Mahmud Əhmədinejadın «Hizbullah»-ın Livanın siyasi həyatında xüsusi rol oynadığı bir ölkəyə səfər etməsi Vaşinqtonu narahat edir. Nüvə məsələsinə görə İrana qarşı ciddi təzyiqlər göstərən Birləşmiş Ştatlar İranın «Hizbullah»-ı dəstəkləməsini Livanın suverənliyi və region üçün təhlükə hesab edir.

 

Mahmud Əhmədinejadın Livana səfəri bu ölkədə də birmənalı şəkildə qarşılanmır. Səfəri dəstəkləyən və qarşı çıxanlar var.

 

Bu arada Livanın Amal və Hizbullah kimi şiə partiyaları öz tərəfdarlarını paytaxt Beyrutdakı aeroporta gələrək İran prezidentini dəstəkləməyə çağırıb. Livanlı analitiklər İran prezidentinin bu ölkəyə səfərini Vaşinqtona meydan oxuma kimi qiymətləndirir.

 

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında enerji əməkdaşlığı sahəsində 450 milyon dollar dəyərində razılaşma imzalanacaq. Bundan başqa Əhmədinejad İsraillə sərhəddəki Livanın cənub hissəsini ziyarət edəcək. Məhs bu bölgədə 2006-ci ildə Hizbullah və İsrail arasında müharibə baş vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar