SON XƏBƏRLƏR

Azərbaycanın Hərbi büdcəsi 2 dəfə artacaq

2021.10.20, 07:36
Azərbaycanın Hərbi büdcəsi 2 dəfə artacaq

Gunaz.tv

GünAzTv: 2011-ci ildə Azərbaycan müdafiə sahəsinin büdcədən maliyyələşdirilməsinin həcmini 2 dəfəyə yaxın - 89,7% artıraraq 2 milyard 511 milyon manata çatdıracaq.

Maliyyə naziri Samir Şərifov dünən Milli Məclisin plenar iclasında 2011-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, gələn il dövlət büdcəsindən müdafiəyə 1 milyard 325 milyon 61 min 150 manatın ayrılması nəzərdə tutulur. Bundan əlavə, ölkənin hərbi potensialının gücləndirilməsinə yönələn xüsusi layihələrin maliyyələşdirilməsinə 1 milyard 87 milyon manatın ayrılması planlaşdırılır. "Vəsaitin bir hissəsi dövlət investisiya proqramları çərçivəsində ayrılacaq", - deyə Şərifov bildirib ("Turan"). Beləliklə, 2011-ci ildə müdafiə sahəsinin maliyyələşdirilməsinin həcmi 2 milyard 511 milyon manat təşkil edəcək. Bu, 2010-cu ilin göstəricisindən 1 milyard 187 milyon manat çoxdur.

 

2011-ci ildə müdafiə xərclərinin xüsusi çəkisi büdcə xərclərinin 19,6%-ni təşkil edəcək. 2010-cu il üçün bu göstərici 10,7%-dir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar