SON XƏBƏRLƏR

İran ispan jurnalisti ölkədən çıxarır

2021.10.20, 07:36
İran ispan jurnalisti ölkədən çıxarır

Gunaz.tv

GünAzTv: İspaniyanın məşhur “El Pais” qəzetinin Tehran bürosunun müxbiri Anxeles Espionsaya İranı tərk etmək üçün iki həftə vaxt verilib.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Anxeles Espionsa bu ilin iyul ayında Qum şəhərinə səfər edərək Əhməd Müntəziridən müsahibə götürüb. Əhməd Müntəziri İranın mərhum müxalif ruhanisi ayətullah Hüseynəli Müntəzirinin oğludur.

İspan jurnalist Qumdan Tehrana qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları onun jurnalist vəsiqəsini, az sonra isə pasportunu əlindən alıblar.

Oktyabrın 10-da Anxeles Espionsa mediaya açıqlamasında deyib ki, onun pasportunu geri qaytarıb, özünə də ölkəni tərk etmək üçün iki həftə vaxt veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar